Bakı,
Azərbaycan
08/09/2026
-
08/10/2026
İş haqqında məlumat
AzəriMed MMC komandası peşəkar və inkişafyönümlü İnsan Resursları üzrə Mütəxəssis axtarır.
Əmək qanunları və standartlarını tətbiq etmək, işçi və işəgötürən arasında müqavilələrin qanunvericiliyə uyğun olmasını təmin etmək;
- İşçilərlə əmək müqavilələrinin hazırlanması, yenilənməsi və sonlandırılması proseslərini idarə etmək;
- İşçinin əmək haqqı və işə davamiyyət qeydlərində lazımi düzəlişlərin edilməsi;
- Rəsmi əmrlərin (məzuniyyət, ezamiyyət, təyinat və s.) hazırlanması, təsdiqlənməsi və imzalanması;
- Məzuniyyət dövrlərini müvafiq sistemlərdə qeydiyyata almaq;
- Portalda aparılan bütün əməliyyatların dəqiq və qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsi;
- Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və bu məlumatların iş prosedurlarına və siyasətlərinə inteqrasiyası.
İş şəraiti:
- İş qrafiki: 08:30 – 17:30 (B.e. – Cümə)
- Əmək haqqı: 700 – 1160 AZN
- İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Tələblər
- Ali təhsil;
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək;
- Kadr sənədləşməsi və HR prosesləri üzrə təcrübə;
- MS Office, 1C, ISB, ƏMAS və Elektron Hökumət sistemləri ilə işləmək bacarığı;
- Analitik düşünmə və effektiv ünsiyyət bacarığı;
- Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.
Üstünlüklər:
Təcrübəli Namizədlər üstün tutulur
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.