Bakı,
Azərbaycan
28/09/2026
-
12/10/2026
İş haqqında məlumat
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və s. əmrlərinin yazılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
- İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
- Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
- Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;
- Arayışların hazırlanması və qeydiyyatın aparılması;
- Əmək haqqı Hesablama uçotunun aparılması və 1C 8.3 Sistemə işlənməsi
Qeyd: Şirkət mühasibatlıq sahəsində məsləhət şirkəti olduğu üçün fərqli müəssisələrin işçilər və əmək haqqı ilə bağlı işlərinin icrası və hesabat verilməsi bu vəzifə üzrə tələb olunacaqdır.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Nazirlər kabinetinin işçilərlə münasibətlər üzrə qərarları üzrə əsas biliklər;
- 1 C 8.3 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
- Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Əlavə məlumat: - İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Əməkhaqqı - ilk 3 ay 600 AZN, 4-cü aydan 800 Azn
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.