

818 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYoxdur
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYoxdur
İş haqqında
QALAN şirkətinin İnsan Resursları komandasına qoşulmaq üçün HR sahəsində müvafiq bilik və praktiki təcrübəyə sahib, ünsiyyət qurmaq bacarığı yüksək, təşəbbüskar və işinə məsuliyyətlə yanaşan İnsan Resursları üzrə Mütəxəssis axtarılır!
QALAN beynəlxalq EdTech şirkəti kimi məktəblilər üçün innovativ və interaktiv onlayn təhsil platforması təklif edir. Komandamıza qoşulacaq namizəddən insan resursları proseslərinin səmərəli idarə olunması, təşkili və təkmilləşdirilməsində fəal iştirak etməsi gözlənilir.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin əməkdaş ehtiyaclarının təhlil edilməsi və işə qəbul prosesinin başdan sona qədər idarə olunması;
- Vakansiya elanlarının tərtib edilməsi, uyğun namizədlərin cəlb olunması, ilkin dəyərləndirilməsi və seçim prosesinin aparılması;
- İş müsahibələrinin planlaşdırılması və namizədlərlə düzgün kommunikasiya əlaqələrinin qurulması;
- Yeni işçilərin iş mühitinə uyğunlaşma (onboarding) prosesinin təşkili və nəzarətdə saxlanılması;
- Əmək müqavilələrinin, işə qəbul, əmək münasibətlərinə xitam verilməsi və digər kadr dəyişiklikləri ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
- Əməkdaşların şəxsi sənədlərinin formalaşdırılması, mütəmadi yenilənməsi və müvafiq qaydada arxivləşdirilməsi;
- ƏMAS platforması vasitəsilə zəruri insan resursları əməliyyatlarının icra edilməsi;
- Məzuniyyət hüquqlarının hesablanması, uçotunun aparılması və izlənilməsi;
- İşçilərin gündəlik HR sorğularının cavablandırılması və şirkətdaxili məlumat mübadiləsinin təmin olunması;
- Daxili intizam qaydalarının və prosedurların icrasına nəzarət edilməsi, əmək intizamının qorunmasının təmin olunması;
- İnsan resursları üzrə hesabatların tərtib edilməsi, müvafiq göstəricilərin təhlili və rəhbərliyə təqdim olunması;
- Komanda motivasiyasının artırılması, əməkdaşların inkişafına yönəlmiş təlimlərin və korporativ tədbirlərin təşkilində iştirak edilməsi.
Tələblər
- İnsan resursları və ya əlaqəli istiqamət üzrə minimum 1 illik peşəkar iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- Rus dili biliklərinə sahib olmaq;
- MS Office proqramları, xüsusilə Excel və Word üzrə praktiki istifadə bacarığı;
- Yüksək kommunikasiya və işlərin təşkili qabiliyyəti;
- İş prosesində məsuliyyətli, diqqətli və detallara yönümlü olmaq;
- Komanda mühitində əməkdaşlıq etmək, eyni zamanda müstəqil şəkildə qərar qəbul etmək bacarığı;
- Məxfi informasiyanın qorunması və peşə etikası prinsiplərinə uyğun fəaliyyət göstərmək bacarığı.
