SOCAR

İnsan resursları üzrə mütəxəssis (Gəncə şəhəri)

SOCAR
Ə/h razılaşma ilə
733
Tam iş günü
Gəncə, Azərbaycan
31/03/2026 - 14/04/2026

İş haqqında məlumat

  • Personalın idarə olunması məlumatlarını SAP ERP sisteminin HR Kadr məlumatları moduluna işləmək;
  • Daxil olmuş icazə məktubları, ərizələr əsasında İdarənin nomenklaturasına aid olan peşə və vəzifələr üzrə “İşçi” ilə “İşəgötürən” arasında fərdi qaydada bağlanan əmək müqaviləsini (ona dəyişikliklərin) hazırlamaq və imzalanmasını təşkil etmək; 
  • Əmək müqavilələrinin (ona dəyişikliklərin) uçotunu aparmaq; 
  • Əmək müqavilələrinin bağlanması, ona dəyişikliklərin edilməsi, xitam verilməsi barədə əmrləri hazırlamaq; 
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, əmək kitabçalarının qəbulu, doldurulması, uçotunun aparılması və mühafizəsini təşkil etmək; 
  • Sahənin struktur bölmələri üzrə məzuniyyət qrafikini tərtib etmək; 
  • Təsdiq olunmuş qrafikə uyğun işçilərə əmək məzuniyyətlərinin verilməsi barədə əmrləri hazırlamaq, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət etmək, T-2 №-li şəxsi formada məzuniyyətlərin uçotunu aparmaq; 
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq; 
  • Kadrlara olan tələbat haqqında rəhbərliyə məlumat vermək, kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. 
  • İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək; •İcrası tələb olunan rəhbərliyin tapşırıqları üzrə nəzarəti həyata keçirmək; 
  • İdarədə əmək qanunvericiliyinə və daxili intizam qaydalarına riayət edilməsinə nəzarət etmək; 
  • İşçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən keçməsini təşkil etmək, tibbi müayinədən keçən işçilərin sənədlərini şəxsi işlərinə əlavə etmək; 
  • Hərbi mükəlləfiyyətlilərin qeydiyyatını, uçotunu və təxsislənmə işlərini Vəzifə öhdəlikləri (funksiyalar) aparmaq, hər ay hərbi komissarlığa hesabat və məlumat vermək; 
  • İşçilərin əmək stajını hesablamaq, onların əmək fəaliyyətləri haqqında arayışlar hazırlamaq; 
  • Təqaüd yaşına çatmış işçilərin sənədlərini hazırlamaq üçün arayışlar hazırlamaq; 
  • Kadr işləri üzrə müəyyən olunmuş hesabatları tərtib edərək, müəyyən edilmiş müddətlərdə aidiyyəti üzrə təqdim edilməsini təmin etmək; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdə rəhbər tutmaq. 

Tələblər

  • Müddəti / İş təcrübəsi: 1 İl / Müvafiq sahə üzrə
  • 9-cu dərəcəli insan resursları üzrə mütəxəssis vəzifəsinə iş təcrübəsi tələbi yoxdur. 10-12-ci dərəcə üçün müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi
  • Təhsil pilləsi:Ali bakalavr / Müvafiq sahə üzrə

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar