Ikma

İnsan Resursları üzrə Mütəxəssisi (Əməliyyatlar üzrə)

Ikma
Ə/h razılaşma ilə
2441
Tam iş günü
Bakı, Azərbaycan
04/12/2025 - 11/12/2025

İş haqqında məlumat

Əmək Münasibətlərinin Sənədləşdirilməsi:

  • İşə qəbul, vəzifə dəyişikliyi, əmək müqaviləsinə xitam verilməsi (işdən çıxarış) üzrə bütün sənədləşmə prosedurlarını tam və vaxtında aparmaq.
  • "ƏMAS" (Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron Xidmətlər Sistemi) portalında müvafiq məlumatların dəqiqliyini və vaxtında işlənilməsini təmin etmək.

Mühasibatlıq/Əməliyyat Dəstəyi:

  • Əmək haqqının hesablanması üçün zəruri olan iş vaxtı tabellərinin (tabel uçotu) dəqiqliklə hazırlanması, yoxlanılması və mühasibatlığa təqdim edilməsi.
  • İşçilərin ezamiyyə və məzuniyyət prosedurlarının tam idarə olunması.

Kadr Uçotu və Qeydiyyat:

  • İşçilərin illik məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi və məzuniyyətdən istifadə uçotunun aparılması.
  • Şəxsi işlərin, əmrlərin və digər kadr sənədlərinin qanunvericiliyə uyğun tərtib edilməsi və saxlanılması.

Qanunvericiliyə Uyğunluq:

  • Əmək Qanunvericiliyindəki dəyişiklikləri yaxından izləmək və şirkət daxili prosedurların və sənədləşmənin bu dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək.

İş şəraiti:

  • İş qrafiki: 5/7 (09:00-18:00)
  • Ünvan: AGA Business Center
  • Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq

Tələblər

  • Təhsil: Ali təhsil (İnsan Resursları, Hüquq, İqtisadiyyat, və ya İdarəetmə sahəsində olması arzuolunandır).
  • Təcrübə: Əməliyyatlar/kadr uçotu üzrə minimum 3 illik iş təcrübəsi.

Bilik:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və müvafiq qanunvericiliyi mükəmməl bilmək (Əsas Şərt).
  • ƏMAS sistemində sərbəst işləmə bacarığı.
  • Məzuniyyət, ezamiyyə və əmək haqqı tabeli prosedurlarını praktikada sərbəst aparmaq.

Bacarıqlar:

  • Yüksək dəqiqlik və detallara diqqət yetirmə.
  • Sistemli və ardıcıl işləmə qabiliyyəti.
  • MS Office proqramlarında (xüsusən Excel) yüksək səviyyədə işləmə bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.