Aqrar İnnovasiya və Təchizat Şirkəti

İnsan resursları və inzibati işlər şöbəsinin müdiri

Aqrar İnnovasiya və Təchizat Şirkəti
Ə/h razılaşma ilə
1352
Tam iş günü
Bakı, Azərbaycan
06/03/2026 - 20/03/2026

İş haqqında məlumat

  • İnsan Resursları strategiyasının və planın hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • İnsan Resursları büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  • İnsan Resursları standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s.) tərtibi və onun icrasına nəzarət etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;- Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi və s.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.

Tələblər

  • Ali təhsil(İnsan Resurslarının İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İnsan resursları sahəsində təcrübə minimum 5 il;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
  • İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
  • Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.