Azerbaijan SuperMarket

İnventarizasiya üzrə hesablayıcı (gecə növbəsi)

Azerbaijan SuperMarket
700 ₼
2866
Növbəli iş
Bakı, Azərbaycan
26.09.2025 09:49 - 26.10.2025 12:00

İş haqqında məlumat

  • Mağazalarda keçirilən Total inventarizasiyalarda qrafikə uyğun davamlı iştirak etmək;
  • Mağazalarda keçirilən Total inventarizasiyalarda sayıma görə bölgü edilmiş ərazi və məhsullar üzrə sayım etmək, ayıları skan edərək sistemə daxil etmək;
  • Total sayımlarda davamiyyət üzrə (əsasən gecə növbəsi) iştirak etmək, məhsulların sayılmasını və eləcə də barkod və miqdarları skan edərək sistemə daxil edilməsini təmin etmək;
  • Sayım sonrası Qrup rəhbərləri tərəfindən təyin edilmiş cədvəllər üzrə təkrar sayım etmək və məlumat vermək;
  • Mağazanın satış ərazisinə uyğun bölünmüş sahələr üzrə öhdəliyinə düşən zonaların vaxtında sayılmasını, skan edilməsini və yoxlanılmasını təmin etmək;
  • Qrup rəhbərlərinin verdiyi tapşırıqları (Anbar və ya Ticarət zalında təsadüfi sayım və ya yoxlanış, bölgü üzrə zonaların sayılması və ya əl terminalı ilə skan edilməsi və s.) yerinə yetirmək.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 23:00–dan 08:00-kimi (1 saat nahar fasiləsi).

Əmək haqqı:

  • Başlanğıc aylıq əmək haqqı 700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq);
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.

Müraciət üçün:

  • Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Hesablayıcı” qeyd etməklə qeyd olunan epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur.
  • DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur.

Tələblər

  • Təhsil: Orta;
  • İş təcrübəsi: Market sistemində min 1 il iş təcrübəsi;
  • İnventarizasiya keçirmə bacarığı;
  • Marketdə satılan məhsul çeşidlərilə bağlı praktiki iş təcrübəsi;
  • Sürətli hesablama qabiliyyəti;
  • Microsoft Office proqramlarından anlayış;
  • Problem həlletmə yönümlü;
  • Standart əməliyyat prosedurları (SOPs) və əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydaları və qanunları haqqında anlayış;
  • Gecə növbəsində işləmək imkanı.


Oxşar vakansiyalar