Bakı,
Azərbaycan
20/01/2026
-
03/02/2026
İş haqqında məlumat
- Bütün inventarların (xammal, hazır məhsul və s. ) gündəlik uçotunu aparmaq
- 1C və ya daxili sistemdə inventar məlumatlarını yeniləmək
- Faktiki inventar ilə sistem məlumatlarını müqayisə etmək
- Artıq, çatışmayan və köhnəlmiş inventarları müəyyən etmək
- Mağaza, anbar və istehsalat üzrə planlı və plandankənar inventar sayımlarını təşkil etmək
- Sayım prosesində iştirak etmək və nəticələri sənədləşdirmək
- Sayım fərqlərini analiz etmək və səbəblərini araşdırmaq
- Sayım aktlarını tərtib edib rəhbərliyə təqdim etmək
- İstehsalat üzrə materialların norma üzrə sərfiyyatına nəzarət etmək
- Xammal giriş-çıxışlarını izləmək
- İstehsalat itkiləri və qalıqları üzrə hesabatlar hazırlamaq
- Hazır məhsulun anbara və mağazalara ötürülməsini nəzarətdə saxlamaq
- Minimal və maksimal stok səviyyələrini müəyyən etmək
- Satınalma şöbəsinə sifariş tələblərini vaxtında təqdim etmək
- Satış və istehsalat planlarına əsasən inventar planlaması aparmaq
- Mövsümi və kampaniya dövrlərinə hazırlıq görmək
- Aylıq və rüblük inventar hesabatları hazırlamaq
- Yeni açılacaq mağazalar ilə bağlı inventarların təşkili və təmini
İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 - 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, logistika və ya əlaqəli sahə)
- Geyim sahəsində fəaliyyət göstərilməsi üstünlükdür
- Minimum 1–3 il inventar, anbar və ya logistika sahəsində iş təcrübəsi
- İnventar və anbar uçotu bilikləri
- ERP / 1C proqramları ilə işləmə bacarığı
- Analitik düşünmə
- Diqqətlilik və məsuliyyət
- Komanda ilə işləmə bacarığı