Azerconnect LLC

İP Transport Şəbəkəsi üzrə administrator

Azerconnect LLC
Ə/h razılaşma ilə
329
Tam iş günü
Bakı, Azərbaycan
03.10.2025 04:42 - 03.11.2025 12:00

İş haqqında məlumat

İdarə: Şəbəkə Texnologiyaları İdarəsi 

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. 

  • Gündəlik MPLS Şəbəkəsini idarə etmək;
  • Bakı və regional IP / MPLS şəbəkələrinin qurulması və istismarı;
  • Bütün şəbəkədə olan problemləri araşdırmaq və şəbəkəni nəzarət altına almaq (MPLS, DATA, Mobile Backhaul);
  • Şəbəkə avadanlıqlarının monitorinqi (Router, Switch və s.);
  • Müştəri və NOC tərəfindən daxil olmuş problemlərə reaksiya vermək və problemi həll etmək;
  • Müəyyən edilmiş prosedurları və şablonları istifadə edərək, yeni müştərilərə xidmət vermək;
  • Verilən vaxt ərzində təkmilləşdirmə işlərinin aparılması;
  • 7/24 zənglərə cavab verə bilmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Biz nə təklif edirik? 

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

Tələblər

  • Əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri);
  • TCP/IP sahəsində mütəxəssis bacarığı və ya biliyi (Service Provider və Enterprise seqmentləri üçün);
  • Şəbəkə və informasiya təhlükəsizliyi üzrə mütəxəssis bacarığı və ya biliyi;
  • Virtualizasiya texnologiyaları biliyi;
  • Unix və Microsoft proqram təminatı biliyi;
  • İSP, telekom və sabit şəbəkə üzrə ən azı 2 illik təcrübə;
  • İngilis, Rus, Azərbaycan dili üzrə biliklər;
  • Unix, MS Windows, MS Office və TCP/IP üzrə mükəmməl biliklər;
  • Kommutasiya üzrə biliklər – VTP, STP, VLAN;
  • Marşrutlaşdırma üzrə biliklər – Statik, BGP, OSPF, IS-IS, MPLS/VPN, VPLS;
  • Nəqliyyat mühəndisliyi və QoS (Xidmət Keyfiyyəti) üzrə biliklər – RSVP, WRED, PQ, CBWFQ/LLD, MQC və s.;
  • Transmissiya və magistral xətt şəbəkələri üzrə bilik və təcrübə – Ethernet, ATM, SONET, DWDM, MPLS, NAT, BNG;
  • Sənaye həllərinin aparat və əməliyyat sistemləri üzrə biliklər – Cisco, Huawei, Juniper, Nokia.


Oxşar vakansiyalar