Sirab ASC

İR departament direktoru

Sirab ASC
Ə/h razılaşma ilə
71
Tam iş günü
Bakı, Azərbaycan
11/11/2025 - 11/12/2025

İş haqqında məlumat

Strateji İR idarəetməsi

  • Şirkətin biznes strategiyasına uyğun İR fəaliyyətinin formalaşdırılması;
  • İR strategiyasının icrasının təmin edilməsi;
  • Təşkilati strukturun və insan resurslarının optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması və tətbiq proseslərinin təmin edilməsi;
  • Liderlik inkişafı, varislik (succession planning) və korporativ mədəniyyətin inkişaf etdirilməsi proseslərinin icrasının təmin edilməsi;
  • Performans idarəetməsi, əməkdaş motivasiyası və əməkdaş təcrübəsinin (Employee Experience) yaxşılaşdırılması üzrə təşəbbüslərin həyata keçirilməsinin təmin edilməsi;
  • İR sahəsində strateji layihələrin icrasına rəhbərlik və idarə heyətinə müvafiq analitik və strateji məlumat dəstəyi təmin etmək.

Əməliyyat və qanunvericilik uyğunluğu

  • Əmək qanunvericiliyinə və aidiyyəti normativ tələblərə uyğun İR fəaliyyətinin həyata keçirilməsini təmin etmək;
  • İşə qəbul, əmək münasibətlərinin rəsmiləşdirilməsi, dəyişdirilməsi və xitamı proseslərinin düzgün icrasının təmin edilməsi;
  • Əmək intizamı, daxili qaydalar və etik prinsiplərə dair normativ sənədlərin hazırlanmasının və tətbiqinin təşkili;
  • Dövlət orqanları ilə yazışma və hesabatlılıq proseslərinin düzgün və vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
  • İR əməliyyatlarının rəqəmsallaşdırılması və proseslərin səmərəliliyinin artırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.

İstedadların idarə edilməsi və inkişaf

  • İşə qəbul və istedad cəlb etmə proseslərinin effektivliyinin təmin edilməsi;
  • Təlim və inkişaf proqramlarının hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artırılması üzrə fəaliyyətlərin icrasının təmin edilməsi;
  • Karyera inkişafı və varislik planlarının icrasının təmin olunması;
  • Şirkət dəyərlərinə uyğun liderlik və komanda mədəniyyətinin inkişafı üzrə layihələrin həyata keçirilməsi.

Əməkhaqqı və performans idarəetməsi

  • Əməkhaqqı və motivasiya sistemlərinin ədalətli və şəffaf prinsiplər əsasında icrasının təmin edilməsi;
  • Performans qiymətləndirmə sistemlərinin tətbiqinin və nəticələrin idarəetmə qərarlarında istifadə olunmasının təmin edilməsi;
  • Bonus və əlavə mükafatlandırma mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi.

Daxili kommunikasiya və əməkdaş rifahı

  • Effektiv daxili kommunikasiya sisteminin formalaşdırılması və tətbiqinin təmin edilməsi;
  • Əməkdaş məmnunluğu və rifahı ilə bağlı təşəbbüslərin həyata keçirilməsi;
  • Şirkət daxilində komanda ruhunun və korporativ dəyərlərin gücləndirilməsi məqsədilə layihələrin təşkili.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş yeri:

Müraciət forması:

  • Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR departament direktoru” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Ali təhsil (İnsan resursları, hüquq, biznes idarəçiliyi və ya əlaqədar sahə üzrə);
  • Minimum 7 il İR təcrübəsi, o cümlədən 3 il rəhbər vəzifə təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər əlaqədar normativ aktlar üzrə biliklər;
  • İR strategiyalarının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;
  • Güclü strateji düşünmə, analitik və kommunikasiya bacarıqları;
  • İR transformasiya layihələrində təcrübə üstünlük hesab olunur.