

İR üzrə Baş Mütəxəssis (Performansın İdarə Edilməsi və İnkişafı)
Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
353
Tam iş günü
Bakı,
Azərbaycan
22.08.2025 02:49
-
22.09.2025 12:00
İş haqqında məlumat
- Performans idarəetməsi prosesləri üzrə hədəflərin müəyyən olunması və illik qiymətləndirmə dövrlərində göstəricilərin hesablanmasının təmin edilməsi;
- Performans göstəricilərinə dair illik qiymətləndirmə və nəticələrin idarə olunması üzrə görüşlərin təşkili və koordinasiyası;
- Proseslə bağlı bütün məlumatların toplanması, qeydə alınması və daxil olan sualların cavablandırılması;
- Proses mərhələlərinin, son tarixlərin, siyasət və prosedurların effektiv şəkildə daxili kommunikasiyasının həyata keçirilməsi;
- Dövri hesabatların, hesabat panellərinin və təqdimatların hazırlanması;
- İşdən ayrılan rəhbərlərdən tabeliyindəki əməkdaşların performans göstəricilərinə dair məlumatların əldə olunması;
- Yeni işçilər üçün “Sınaq müddəti hədəflərinin təyin olunması” prosesinin idarə olunması;
- Performans inkişaf planlarının idarə olunması;
- KPI-ların bonus, motivasiya və mükafatlandırma sistemləri ilə əlaqələndirilməsi;
- Performans qiymətləndirməsi ilə bağlı əməkdaşların maarifləndirilməsi və sistemə inamın artırılması məqsədilə təlimlərin təşkili;
- Performans idarəetməsi üzrə ən yaxşı təcrübələrin araşdırılması və uyğun şəkildə şirkətə inteqrasiya olunması;
- Performans qiymətləndirmə proseslərinin daha səmərəli olması üçün müvafiq HR texnologiyalarının tətbiqi və optimallaşdırılması;
- Strateji HR qərarlarında iştirak etməklə şirkətin biznes məqsədlərinə uyğun performans idarəetmə modelinin inkişaf etdirilməsi;
- Davamçıların planlaşdırılması çərçivəsində kritik vəzifələrin və bu vəzifələrdə çalışan əməkdaşların risklərinin müəyyən olunması;
- Davamçıların seçilməsi, inkişaf proqramlarının planlaşdırılması və icrasına nəzarət edilməsi;
- İnsan Resurslarının digər strateji layihələrində aktiv iştirakın təmin olunması.
Müraciət qaydası:
- Maraqlanan namizədlərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Mövzu hissəsində: “İR üzrə Baş Mütəxəssis (Performansın İdarə Edilməsi və İnkişafı)” qeyd olunmalıdır.
Diqqət: Namizədlər ilkin CV yoxlamasından keçəcək və yalnız seçilmiş şəxslərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq, müsahibəyə dəvət olunacaqlar.
Tələblər
- İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);
- Performansın idarə edilməsi və öyrənmə və inkişafa fokuslanmaqla İR sahəsində minimum 5 il iş təcrübəsi;
- Performansın idarə edilməsi konsepsiyaları, metodologiyaları və qabaqcıl təcrübələr barədə güclü anlayış;
- Bütün səviyyələrdə maraqlı tərəflərlə səmərəli əməkdaşlıq bacarığı, əla ünsiyyət və interpersonal bacarıqlar;
- Layihələrin idarə olunması üzrə güclü bacarıqlar (tapşırıqların prioritetləşdirilməsi, vaxtın idarə olunması və nəticələrin izlənməsi);
- Performans idarəetmə proqram və alətlərindən istifadə təcrübəsi (SAP SuccessFactors modulunda təcrübə üstünlükdür);
- Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Performansın idarə edilməsi və əlaqəli sahələr üzrə peşəkar sertifikatlara sahib olmaq üstünlükdür;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı.