Bakı,
Azərbaycan
01.05.25
-
01.06.25
İş haqqında məlumat
- Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
- İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir;
- Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir;
- Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir;
- Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir;
- Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir;
- Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir;
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir;
- Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür;
- İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir.
Tələblər
- Ali təhsil (Sənaye və mülki tikinti);
- Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az +3 illik təcrübə;
- Komputer bilikləri: Autocad; Microsoft Office;
- Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni bilməlidir;
- Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilməlidir;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
- Regionlara ezamiyyətə getmək imkanı olmalıdır.