Bakı Metropoliteni

İşarəvermə və Rabitə Xidmətinin İMB sahəsi üzrə elektrik montyoru

Bakı Metropoliteni
Ə/h razılaşma ilə
328
Tam iş günü
Bakı, Azərbaycan
23/07/2026 - 06/08/2026

İş haqqında məlumat

  • “Bakı Metropoliteni” QSC olaraq peşəkar komandamıza qoşulmaq üçün İşarəvermə və Rabitə Xidmətinin İMB (İşarəvermə, mərkəzləşdirmə, bloklama) sahəsi üzrə elektrik montyoru axtarırıq.
  • Namizəd metropoliten xətlərində hərəkətin təhlükəsizliyini təmin edən işarəvermə, mərkəzləşdirmə və bloklama (İMB) avadanlıqlarının quraşdırılması, sazlanması, texniki baxışı və nasazlıqlarının operativ şəkildə aradan qaldırılması işlərini həyata keçirəcəkdir..

Sizi hansı öhdəliklər gözləyir?

  • İMB qurğularına texnoloji proses qrafiki üzrə texniki xidmət göstərmək, müvafiq yoxlama və profilaktik işləri aparmaq;
  • Yoldəyişdiricilərin, svetoforların, rels dövrələrinin və digər İMB qurğularının saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Qurğuların prinsipial və montaj sxemlərinə əsasən İMB qurğularının montajı, yoxlanması, tənzimlənməsi və təmiri işlərində iştirak etmək;
  • Relelərin, kontaktların, kabellərin, işarə lampalarının, şlaqbaum və digər İMB avadanlıqlarının montaj işlərini yerinə yetirmək;
  • Yeraltı və yerüstü kabel xətlərinin çəkilməsi və müvafiq terminallara qoşulması işlərini icra etmək;
  • Elektrik dövrələrinin rele, işarə lampaları və digər elementlərinin sıradan çıxma səbəblərini tapmaq və aradan qaldırmaq;
  • İMB qurğularında istifadə olunan cihazların parametrlərini və işə yararlılığını yoxlamaq;
  • Voltmetr, ampermetr, meqometr və digər ölçü cihazları ilə lazımi ölçmələr aparmaq;
  • İMB avadanlıqlarında elektrik təhlükəsizliyi qaydalarına uyğun olaraq torpaqlama və izolyasiya yoxlamalarını həyata keçirmək;
  • Sahənin elektrik mexaniki ilə koordinasiyalı işləmək, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı; 
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Tələblər

  • Elektrotexnika, avtomatika, işarəvermə və rabitə və ya digər müvafiq texniki sahələr üzrə orta ixtisas və ya peşə təhsili (ali təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili olduqda iş stajı tələb olunmur, müvafiq təhsil olmadıqda isə istehsalatda 6 aydan az olmayaraq iş stajı tələb olunur;
  • Elektrik sxemlərini, prinsipial və montaj cizgilərini oxumaq bacarığı;
  • Müvafiq əl alətləri, ölçü-sınaq cihazları (voltmetr, ampermetr, meqometr və s.) ilə işləmək vərdişləri;
  • Elektrik təhlükəsizliyi qaydaları və texnoloji proses qrafikləri ilə işləmək bazası;
  • Texniki jurnallarda qeydlərin aparılması bacarığı;
  • Gecə növbələrində və yeraltı obyektlərdə (tunellərdə) işləmək qabiliyyəti, fiziki dözümlülük və yüksək məsuliyyət hissi;
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun