Daşkəsən Dəmir Filiz MMC

İşə icazə sektorunun koordinatoru (Daşkəsən)

Daşkəsən Dəmir Filiz MMC
Ə/h razılaşma ilə
3590
Növbəli iş
Daşkəsən, Azərbaycan
17/02/2026 - 03/03/2026

İş haqqında məlumat

  • Təhlükəli işlərin icrasına dair bütün işə icazələrin uyğun prosedurlara əsasən tərtibini və izlənməsini nəzarətdə saxlamaq;
  • Bütün iş sahələrində əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydalarına uyğunluğu təmin etmək;
  • İşçilərin və podratçıların icazə prosesləri üzrə məlumatlandırılmasını və təlimatlandırılmasını təşkil etmək;
  • İcazə verilən işlərin koordinasiyasını aparmaq və ziddiyyətli işlərin qarşısını almaq;
  • İş icazələrinin verilməsi,uzadılması,ləğvi və bağlanması üzrə sənədləşməni dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Prosedur, təlimat və formalara uyğun işləri həyata keçirmək.

Digər məlumatlar:

  • İş yeri: Daşkəsən rayonu
  • Növbəli iş qrafiki
  • İş saatı: cəmlənmiş uçota əsasən tənzimlənir
  • Servislə və nahar yeməyi ilə təmin olunma;

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Dağ-mədən sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əməyin mühafizəsi üzrə bilik və təcrübəsinin olması üstünlükdür;
  • Azərbaycan dili səlis,ingilis və rus dili biliklərinin olması arzuolunandır;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;  
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.