Bakı,
Azərbaycan
26.05.2025 10:48
-
26.06.2025 12:00
İş haqqında məlumat
- İşə qəbul prosesini şirkətin daxili qaydalarına uyğun olaraq aparmaq;
- İşçi tələbini icraata qəbul edərək vakansiyaya dair tələblərlə tanış olmaq, əsas meyarları dəqiqləşdirmək, ehtiyac olduqda sifarişçi ilə müzakirə etmək;
- Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin axtarışını həyata keçirmək və namizəd profillərini təhlil etmək;
- Vakansiya ilə bağlı iş elanı hazırlamaq və elan saytlarına yerləşdirilməsini təmin etmək;
- Namizəd müraciətlərini dəyərləndirmək və uyğun namizədlərlə ilkin müsahibələri keçirmək;
- Xüsusi yoxlama tələb olunan vəzifələr üçün namizədlərin test olunmasını təşkil etmək;
- Təsdiqlənmiş namizədlərə iş təklifi göndərmək, namizədin təklifə cavabı mənfi olduqda səbəblərini dəqiqləşdirmək və namizədin tarixçəsinə qeyd etmək;
- Təsdiqlənmiş namizədlə bağlı işə qəbul əməliyyatlarının icrasını təmin etmək;
- Namizəd bazasını mütəmadi yeniləmək, müraciət etmiş namizədləri bazada yoxlamaq və tapılarsa əvvəlki tarixçəsini araşdırmaq, etiraz səbəblərini dəqiqləşdirmək;
- Yeni əməkdaşa adaptasiya dövründə dəstək olmaq, mütəmadi görüşlər təşkil etmək, “onboarding” mərhələsinə nəzarət etmək;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Port Baku Towers 2;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Onlayn təlim platformasından ödənişsiz istifadə.
Tələblər
- Ali təhsil (biznes, İR, psixologiya, sosiologiya və oxşar sahələrdə);
- Azərbaycan dili biliyi, yüksək səviyyədə rus və ya ingilis dili biliyi;
- İşə qəbul sahəsində 1-2 il iş təcrübəsi;
- Ofis proqramları üzrə (MS Word, MS Excel, MS Outlook) bilik və istifadə bacarığı.