Azera Holding

İşə qəbul üzrə menecer

Azera Holding
Ə/h razılaşma ilə
1162
Tam iş günü
Bakı, Azərbaycan
20.10.2025 11:02 - 20.11.2025 12:00

İş haqqında məlumat

  • Holdinq daxilindəki bütün səviyyələr, o cümlədən mürəkkəb səviyyəli vəzifələr üzrə işə qəbul prosesini A-dan Z-yə idarə etmək;
  • Effektiv istedad cəlbetmə strategiyaları hazırlamaq və tətbiq etmək (pasiv namizəd axtarışı, sosial media, peşəkar şəbəkələr, məzun proqramları və s.);
  • İşə qəbul üçün büdcə və hesabatlılıq sistemini idarə etmək, əsas performans göstəricilərini (KPI'ları) müəyyənləşdirmək və izləmək;
  • Müxtəlif karyera portalları, LinkedIn kimi peşəkar platformalar və digər resurslardan istifadə edərək namizəd bazasını genişləndirmək;
  • Holdinqin işəgötürən brendinin (Employer Branding) gücləndirilməsi istiqamətində PR və marketinq komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Menecerlərlə mütəmadi görüşlər keçirərək ehtiyacları dəqiq analiz etmək, vakansiya profillərini effektiv şəkildə hazırlamaq;
  • İşə qəbul prosesinin səmərəliliyini artırmaq üçün rəqəmsal HR alətlərini (məsələn, ATS - Applicant Tracking System) təklif etmək və tətbiq etmək.
  • Namizədlərə müsbət təcrübə təmin etmək məqsədilə kommunikasiya standartlarını yüksək səviyyədə saxlamaq.

İş şərtləri:

  • 5 günlük iş qrafiki;
  • ƏM-nə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı razılaşdırılma.

Müraciət üçün: CV-nizi “İşə qəbul üzrə menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla  qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .

Tələblər

  • İnsan Resursları, İdarəetmə və ya müvafiq sahədə ali təhsil;
  • Müxtəlif sektorları əhatə edən böyük bir şirkətdə və ya holdinqdə İşə Qəbul/İstedadın Cəlbi sahəsində minimum 4 il iş təcrübəsi (Menecer səviyyəsində təcrübə arzuolunandır);
  • K/təsərrüfatı, Səhiyyə, İstehsalat, Xidmət, Tibbi sahələr üzrə işə qəbulu təmin etmək imkanı (qeyd olunan sahələr üzrə CV və namizəd bazası);
  • Aktiv namizəd axtarışı (sourcing) və headhunting metodologiyaları barədə dərin bilik və təcrübə;
  • Azərbaycan və Rus dillərində səlis, İngilis dilində yüksək səviyyədə işgüzar yazışma və danışıq bacarığı vacibdir;
  • Güclü ünsiyyət, təqdimat və danışıqların aparılması bacarığı;
  • Dinamik və çoxşaxəli iş mühitində eyni anda bir neçə layihəni idarəetmə qabiliyyəti;
  • HR proqramları (ATS/HRIS) ilə işləmə təcrübəsi.


Oxşar vakansiyalar