EUROSTAR Group

İşə qəbul üzrə mütəxəssis

EUROSTAR Group
700 - 800 ₼
3167
Tam iş günü
Bakı, Azərbaycan
25.09.2025 04:26 - 25.10.2025 12:00

İş haqqında məlumat

  • Açıq vakansiyalar üçün namizədlərin axtarışını və seçilməsini həyata keçirmək;
  • Müsahibələrin təşkil olunması və keçirilməsi, həmçinin qiymətləndirmə və nəticələrə əsaslanaraq qərar qəbul etmək;
  • Namizədlər üçün iş təklifləri hazırlamaq və işə qəbuldan əvvəl bütün lazımi prosedurları yerinə yetirmək;
  • Namizədlərin peşəkar bacarıqlarını və şəxsi keyfiyyətlərini qiymətləndirmək üçün müxtəlif alət və üsullardan (müsahibələr, testlər, psixoloji qiymətləndirmə) istifadə etmək;
  • İnsana yönəlik bacarıqlar, motivasiya və uyğunluq qiymətləndirmələri aparmaq;
  • İşə qəbul sənədlərinin hazırlanması və namizədlərlə əlaqəli digər inzibati tapşırıqların yerinə yetirilməsi;
  • İşə qəbul prosesinə dair məlumatların sistematik qeydiyyatı və saxlanması;
  • İşə qəbul fəaliyyətlərinin hüquqi və etik tələblərə uyğunluğunu təmin etmək;
  • İşə qəbul proseslərini optimallaşdırmaq və effektivliyi artırmaq üçün müntəzəm olaraq təkmilləşdirmələr etmək;
  • Əməkdaşlıq etdiyimiz təhsil və peşəkar təşkilatlarla müntəzəm əlaqələr qurmaq və istedadları cəlb etmək.

Digər məlumatlar

  • İş qrafiki 5 gün;
  • İş vaxtı  09:30-18:00-dək;
  • Şirkətin yerləşdiyi ərazi (Sahil m.);
  • Əmək haqqı  (700-800 AZN).

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Əlaqə - (055) 2138348; (055) 2138356 

Tələblər

  • İşə qəbul sahəsində ən azı 2-3 il təcrübə (İnsan resursları və ya müvafiq sahədə;
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları, müxtəlif namizədlərlə effektiv əlaqə qurma bacarığı;
  • Namizədlərin təhlil edilməsi və qiymətləndirilməsi üzrə bacarıqlar;
  • Prosesləri izləmə və idarə etmə bacarığı, detallara diqqət yetirən yanaşma;
  • İşə qəbul və əmək hüquqları sahəsində əsas biliklər.