Irshad Electronics

İşə qəbul üzrə mütəxəssis

Irshad Electronics
1200 ₼
1911
Tam iş günü
Bakı, Azərbaycan
12/03/2026 - 26/03/2026

İş haqqında məlumat

  • Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi;
  • İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşə qəbul testlərinin həyata keçirilməsi;
  • İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
  • İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.

Əmək haqqı: 1200 manat


 

Tələblər

  • Cinsi: Kişi
  • Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
  • Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
  • İş ezamiyyətlərinə gedə bilməli;
  • 2 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı.
  • İngilis və rus dili bilikləri üstünlük sayılır;
  • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
  • Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
  • CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
  • MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.