İşə qəbul üzrə mütəxəssis / aparıcı mütəxəssis
Baku Steel Company CJSC
Ə/h razılaşma ilə
1089
Tam iş günü
Bakı,
Azərbaycan
06/11/2025
-
06/12/2025
İş haqqında məlumat
- Açıq vakansiyalar üçün namizədlərin axtarışını və seçilməsini həyata keçirmək;
- Müsahibələrin təşkil olunması və keçirilməsi, həmçinin qiymətləndirmə və nəticələrə əsaslanaraq qərar qəbul etmək;
- Namizədlər üçün iş təklifləri hazırlamaq və işə qəbuldan əvvəl bütün lazımi prosedurları yerinə yetirmək;
- Namizədlərin peşəkar bacarıqlarını və şəxsi keyfiyyətlərini qiymətləndirmək üçün müxtəlif alət və üsullardan (müsahibələr, testlər, psixoloji qiymətləndirmə) istifadə etmək;
- İnsana yönəlik bacarıqlar, motivasiya və uyğunluq qiymətləndirmələri aparmaq;
- İşə qəbul sənədlərinin hazırlanması və namizədlərlə əlaqəli digər inzibati tapşırıqların yerinə yetirilməsi;
- İşə qəbul prosesinə dair məlumatların sistematik qeydiyyatı və saxlanması;
- İşə qəbul fəaliyyətlərinin hüquqi və etik tələblərə uyğunluğunu təmin etmək;
- İşə qəbul proseslərini optimallaşdırmaq və effektivliyi artırmaq üçün müntəzəm olaraq təkmilləşdirmələr etmək;
- Əməkdaşlıq etdiyimiz təhsil və peşəkar təşkilatlarla müntəzəm əlaqələr qurmaq və istedadları cəlb etmək.
Tələblər
- Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznes və ya əlaqədar sahə üzrə);
- İşə qəbul sahəsində ən azı 2-3 il təcrübə (İnsan resursları və ya müvafiq sahədə);
- İngilis dili - yaxşı, Rus dili səlis.
- Əlaqə Bacarıqları: Güclü şifahi və yazılı ünsiyyət bacarıqları, müxtəlif namizədlərlə effektiv əlaqə qurma bacarığı;
- Qiymətləndirmə Bacarıqları: Namizədlərin təhlil edilməsi və qiymətləndirilməsi üzrə bacarıqlar;
- Təşkilati Bacarıqlar: Prosesləri izləmə və idarə etmə bacarığı, detallara diqqət yetirən yanaşma;
- Texniki Bacarıqlar: HRM proqram təminatı (1C, SAP, Oracle və s.) və MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Hüquqi Biliklər: İşə qəbul və əmək hüquqları sahəsində əsas biliklər.