Ram Holding

İşə Qəbul üzrə Təcrübəçi

RAM Holding
Ə/h razılaşma ilə
456
Təcrübə
Bakı, Azərbaycan
22/12/2025 - 05/01/2026

İş haqqında məlumat

Komandamıza işə qəbul üzrə təcrübəçi axtarırıq! Karyerana HR sahəsində uğurlu bir başlanğıc vermək istəyirsənsə, bu fürsət sənin üçündür!
Port Baku Biznes Mərkəzində yerləşən ofisə işə qəbul komandasına təcrübəçilər axtarırıq. Təcrübə proqramı 3 ay davam edəcək və uğurla başa vuran namizədlər davamlı əməkdaşlıq təklifi alacaq.

  • İşə qəbul prosesinin bütün mərhələlərində komandaya dəstək;
  • İş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
  • CV-lərin dəyərləndirilməsi və qoyulan meyarlara uyğun namizədlərin seçilməsi;
  • Namizədlərlə müsahibələrin təşkili və iştirakı;
  • Namizəd bazasının formalaşdırılması və yenilənməsi;
  • Yeni işçilərə ilk iş günü və adaptasiya dövründə dəstək;
  • Prosedurlara uyğun olaraq yeni işçi ilə aylıq müsahəbilərin təşkili;
  • İşə qəbul şöbəsinin müxtəlif layihələrində və tədbirlərində iştirakı.

İş şəraiti:

  • Həftə içi 5 gün (part-time)
  • İş yeri: Port Baku 2

Təcrübə proqramı çərçivəsində təklif etdiklərimiz:

  • Gündəlik nahar təminatı
  • Peşəkar təlim və inkişaf proqramlarında iştirak imkanı
  • Seçilmiş online təlim platformalarından ödənişsiz istifadə imkanı
  • Real HR komandasında çalışaraq praktiki biliklər
  • Uğurlu nəticə göstərən təcrübəçilərlə davamlı iş imkanı

Tələblər

  • Ali təhsil (biznes menecment, psixologiya və ya oxşar sahədə olması üstünlükdür)
  • Rus və ya İngilis dillərindən birini yaxşı səviyyədə bilmək
  • Öyrənməyə həvəsli, təşəbbüskar və məsuliyyətli olmaq

Bu, sənə real iş mühiti ilə tanış olmaq, biliklərini tətbiq etmək və HR sahəsində ilk peşəkar addımını atmaq üçün mükəmməl fürsətdir!
Müraciət üçün CV-nizi “İşə Qəbul üzrə Təcrübəçi” yazaraq "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.