hrin.az
Reklam

İşə qəbul üzrə təcrübəçi

Kontakt

Əmək haqqı: Razılaşma

10623 noyabr 2026
TəcrübəYoxdur
İş qrafikiYarım iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYaxşı

İş haqqında

Təsvir

  • İşə qəbul prosesinin bütün əsas mərhələlərində müvafiq dəstəyin göstərilməsi;
  • Vakansiyaların uyğun işə qəbul platformalarında paylaşılması və potensial namizədlərin axtarışında iştirak edilməsi;
  • Namizədlərin ilkin seçim və qiymətləndirmə mərhələsində iştirak etmək, vakansiya meyarlarına uyğun şəxslərin müəyyənləşdirilməsinə kömək göstərmək;
  • Namizədlərlə ilkin ünsiyyətin qurulması, müsahibə vaxtlarının müəyyənləşdirilməsi və görüşlərin koordinasiyası;
  • Namizəd məlumat bazasının və ATS sistemində qeydə alınan məlumatların mütəmadi yenilənməsi;
  • Müsahibələrin və namizədlərin qiymətləndirilməsi mərhələlərinin təşkilinə dəstək vermək;
  • İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanması prosesində iştirak etmək;
  • İşə qəbul şöbəsinin gündəlik işlərinin icrasına və digər HR layihələrinin reallaşdırılmasına dəstək göstərmək.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü;
  • İş rejimi: Part-time (natamam iş günü).

Tələblər

  • İnsan Resursları, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Psixologiya və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • İşə qəbul sahəsinə və İnsan Resursları istiqamətində peşəkar karyera qurmağa güclü maraq;
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
  • Yeni biliklər əldə etməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus və ya ingilis dillərindən ən azı birini yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarından istifadə üzrə yaxşı biliklər;
  • Çevik və dinamik iş şəraitində fəaliyyət göstərmək, eyni zamanda bir neçə tapşırığı idarə etmək bacarığı.

Qeyd: Təcrübə proqramının müddəti 3 aydır və ödənişlidir. Proqramda yalnız bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan tələbələr və magistratura səviyyəsinin I–II kurs tələbələri iştirak üçün müraciət edə bilərlər.

Reklam