Melissa Group

İşəqəbul üzrə mütəxəssis

Melissa Group
800 - 1000 ₼
566
Tam iş günü
Bakı, Azərbaycan
15/04/2026 - 29/04/2026

İş haqqında məlumat

  • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
  • İşə qəbul prosesinin koordinasiyası və təşkili;
  • Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanması və yerləşdirilməsi;
  • Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarətin aparılması;
  • Müsahibələrin keçirilməsi,uyğun namizədlərin seçilməsi və referansların alınması;
  • İncələmə və namizədlər bazasının yenilənməsi;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;

Digər qeydlər:

  • İş günləri: Həftədə 5 gün (Şənbə və Bazar günləri istirahət günləridir)
  • Əməkhaqqı: 800-1000 AZN
  • İş yeri: Melissa Group (Baş ofis)

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında (əsasən Excel) işləmə bacarığı;
  • İşə qəbul müsahibələrinin aparılması bacarığı;
  • Qərarvermə və strateji analiz bacarığı;
  • Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
  • Kollektivlə işləmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.