AzTelco Group

İşəqəbul üzrə Senior Mütəxəssis

AzTelco Group
Ə/h razılaşma ilə
1512
Tam iş günü
Bakı, Azərbaycan
30.07.2025 09:22 - 30.08.2025 12:00

İş haqqında məlumat

AzTelco Group olaraq işəqəbul proseslərini strateji şəkildə idarə edəcək, yüksək keyfiyyətli namizədləri müəyyənləşdirib komandamıza cəlb edəcək təcrübəli və peşəkar "İşəqəbul üzrə Senior Mütəxəssis" axtarırıq.

  • Vakansiya profillərinin hazırlanması və elanların yerləşdirilməsi;
  • Namizəd axınının təmin olunması və ilkin seçimlərin aparılması;
  • Kompetensiya əsaslı müsahibələrin təşkili və keçirilməsi;
  • Kadr ehtiyatı bazasının formalaşdırılması və yenilənməsi;
  • Namizəd təcrübəsinin optimallaşdırılması;
  • İşəqəbul göstəricilərinin təhlili və hesabatların təqdim olunması;
  • Vəzifə tələbləri və seçim meyarlarını müəyyən etmək üçün işə götürən menecerlərlə əməkdaşlıq etmək;
  • Müsahibə və qiymətləndirmə alətlərinin tətbiqi;
  • Karyera portalları və təchizatçılarla əməkdaşlıq.

Təklif Olunan Şərtlər:

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Əlavə tibbi sığorta və korporativ sosial paket;
  • Nahar təminatı;
  • Açıq və dəstəkləyici iş mühiti.

Müraciət Qaydası:

CV-lərinizi “İşəqəbul üzrə Senior Mütəxəssis” başlığı ilə [email protected] email ünvanına göndərə bilərsiniz.
 

 

Tələblər

  • Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya və ya əlaqəli sahə üzrə);
  • İşəqəbul sahəsində ən azı 3-5 il təcrübə;
  • Texniki və ixtisaslaşmış vakansiyalar üzrə təcrübə üstünlükdür;
  • Azərbaycan dili sərbəst; İngilis dili yaxşı səviyyədə;
  • MS Office və HRM sistemlərində işləmək bacarığı;
  • Yaxşı ünsiyyət, təhlil və problem həll etmə bacarığı;
  • Müsahibə texnikaları və qiymətləndirmə metodikaları üzrə biliklər.