İsitmə, Soyutma və Havalandırma sistemləri üzrə mühəndis
Pro Construction Company MMC
Ə/h razılaşma ilə
3794
Tam iş günü
Bakı,
Azərbaycan
23/01/2026
-
23/02/2026
İş haqqında məlumat
- İstilik sistemlərinin (qazanxana, radiatorlar, istilik xətləri) nəzarətdə saxlanılması və düzgün işləməsinin təmin edilməsi;
- Soyutma sistemlərinin (split kondisionerlər, chillerlər, soyuq hava anbarları və s.) mütəmadi texniki baxışdan keçirilməsi və nasazlıqların aradan qaldırılması;
- Havalandırma və ventilyasiya qurğularının (fanlar, hava kanalları, filtr sistemləri) layihəyə uyğun quraşdırılması, təmizliyinin və düzgün işləməsinin yoxlanılması;
- Mövcud sistemlərdə nasazlıqların (sızma, tıxanma, səs-küy, hava axını problemləri) aşkar edilməsi və aradan qaldırılması;
- Periodik baxım işlərinin görülməsi: filtr dəyişdirilməsi, kanalların təmizlənməsi, yağlama, balanslaşdırma;
- Diaqnostik alətlərdən (manometr, anemometr, termometr, multimetr) istifadə edərək sistemin vəziyyətini yoxlamaq.
Tələblər
- Orta texniki peşə təhsili və ya ali təhsil (mühəndislik, mexanika sahələri), havalandırma sistemləri üzrə sertifikat (məsələn, HVAC sertifikatı) üstünlükdür;
- Ən azı 3 il oxşar sahədə iş təcrübəsi;
- Kişi namizəd, yaş aralığı 25-50;
- Havalandırma sistemləri üzrə (VRF, AHU, chiller) texniki biliklər mütləqdir;
- Qazanxana sistemləri üzrə biliklər, fan-koil sistemini tanımalı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək və ya [email protected] mail ünvanına göndərə bilərsiniz.