STP Metal Structures

İstehsal Planlaması üzrə Mütəxəssis

VLand Systems MMC
Ə/h razılaşma ilə
215
Tam iş günü
Sumqayıt, Azərbaycan
01/06/2026 - 15/06/2026

İş haqqında məlumat

  • İstehsal sifarişlərinin emalı və onların istehsal prosesində hərəkətinin idarə olunması, material tələbatının planlaşdırılması;
  • Planlaşdırma üzrə yaranan uyğunsuzluqların aradan qaldırılması və operativ plan dəyişikliklərinin həyata keçirilməsi;
  • Material axınlarının və istehsal güclərinin planlaşdırılması, “lean manufacturing” prinsiplərinə uyğun olaraq planın icrasına nəzarət edilməsi;
  • Əsas layihələrin idarə olunmasına mütəmadi nəzarət və cari vəziyyət üzrə hesabat materiallarının hazırlanması;
  • İstehsalın texniki hazırlığı (TPV), istehsalat və satınalma şöbələri ilə aktiv kommunikasiya;
  • İstehsal proseslərinin optimallaşdırılmasında iştirak etmək.

İş şəraiti:

  • 5 günlük iş qrafiki, 08:00-17:00;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Korporativ nömrə;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdi

Tələblər

  • Texniki və ya iqtisadi sahə üzrə orta ixtisas və ya ali təhsil;
  • Resurs planlaması və istehsalın idarə olunması prinsipləri üzrə biliklər;
  • İstehsalın idarə olunması sahəsində ERP sistemlərinin əsas prinsipləri üzrə biliklər; (APS sistemləri ilə iş təcrübəsi üstünlükdür);
  • MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmə bacarığı;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Analitik düşünmə və sərbəst işləmə bacarığı;
  • Layihələrin idarə olunması sahəsində təcrübə üstünlükdür.

Müraciət etmək istəyən namizədlər linkə daxil olsun: https://forms.gle/YQWjX5yGbyHrsuLv9

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar