Bakı,
Azərbaycan
09/04/2026
-
23/04/2026
İş haqqında məlumat
- Xam qumun qəbul olunması;
- Avadanlıqların düzgün işləməsini təmin etmək, texniki nasazlıq olduqda müvafiq şəxslərə məlumat vermək;
- Xam qumun vizual ilkin keyfiyyətinə nəzarət – rəngi, nəmliyi, gilliliyi, kənar hissəciklərin miqdarı və s.;
- Fırlanan quruducu sobanın iş prinsipini bilmək və düzgün istismar qaydalarına riayət etmək;
- Fırlanan quruducu sobanın fasiləsiz işini təmin etmək;
- Fırlanan quruducu sobada qumun qurutmasına nəzarət – temperatur, nəmlik;
- Növbə ərzində təmizlik işlərini aparmaq;
- İş yerini, avadanlıqları və ətraf mühiti təmiz və sanitariya qaydalarına uyğun saxlamaq;
- Qum daşıyan konveyerlərin iş prinsipini bilmək, düzgün istismar qaydalarına riayət etmək;
- Qaz təsərrüfatına nəzarət – qaz borularının və birləşmələrinin kipliyinə nəzarət. Sızmalar olduqda sobanı dayandırmalı və dərhal rəhbərliyə xəbər verməli;
- Qum ələyinin iş prinsipini bilmək, düzgün istismar qaydalarına riayət etmək;
- Qurudulmuş qum ehtiyatına nəzarət etmək və istehsalı fasiləsiz qurudulmuş qumla təmin etmək;
- Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
- İstehsal prosesi ilə bağlı növbə jurnalında qeydlər aparmaq və rəhbərliyə təqdim etmək;
- Ona həvalə olunmuş avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
- İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
- Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;
- Daxili əmək intizamı qaydalarına riayət etmək;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər
- Tam, natamam orta təhsil və ya peşə məktəbi;
- Əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Ünsiyyət.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.