Qusar,
Azərbaycan
08.07.2025 12:07
-
08.08.2025 12:00
İş haqqında məlumat
- Meyvə soyuducu anbarının səliqəli, funksional və effektiv işləməsinin təmin olunması;
- Anbar daxilində yerləşdirilən meyvələrin düzgün qəbul olunması, saxlanması və dövriyyəsinin uçotunun aparılması;
- Anbar daxilində hərəkət edən məhsulların (çeşidlənmə, qablaşdırma, daşınma) izlənməsi və sənədləşdirilməsi;
- Çeşidləmə və qablaşdırma zamanı anbar dövriyyəsinin balanslı şəkildə təşkil edilməsi;
- Qablaşdırıcı işçilərlə koordinasiyalı işləyərək məhsulların düzgün şəkildə yönləndirilməsi;
- Qablaşdırma üçün tələb olunan materialların (qablar, etiketlər, streç, paletlər və s.) vaxtında təmin olunması və uçotunun aparılması;
- Tədarükçülərdən gələn meyvələrin qəbulu zamanı miqdar və keyfiyyət baxımından yoxlanması;
- Çeşidlənmiş və qablaşdırılmış məhsulların çıxış aktlarının hazırlanması və müvafiq şöbələrlə uzlaşdırılması;
- Anbar daxilində gündəlik və aylıq mal qalığının düzgün qeydiyyatı və hesabatının hazırlanması;
- 1C və ya digər anbar proqram təminatlarında gündəlik əməliyyatların daxil edilməsi;
- Qalıq məhsullar, itkilər və silinmə halları ilə bağlı daxili hesabatların hazırlanması;
- Rəhbərliyə vaxtaşırı hesabatların təqdim olunması (qalığa, qəbula, çıxışa dair);
- Anbarın təmizliyi, təhlükəsizlik qaydalarına əməl olunması və avadanlıqların düzgün istifadəsinə nəzarət;
- İşçilərin əməyinin təşkili və prosesdə yaranan problemlərin operativ həlli;
- Tərəzi, soyuducu, çeşidləmə aparatları və digər anbar avadanlıqlarının saz vəziyyətdə saxlanmasına nəzarət;
- Əmək məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 6 günlük iş rejimi ;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri Qusar, Ləgər Qışlaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 5 il iş stajı;
- Yüksək səviyyədə MS Office proqramları, 1C;
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
- İdarəetmə bacarığı.