İş haqqında məlumat
“Camal” LTD şirkəti istehsalat prosesinin təşkili və növbə ərzində işlərin icrasına nəzarət etmək üçün məsuliyyətli və təcrübəli əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
• İstehsalat prosesinin müəyyən edilmiş iş planına və qrafikinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
• Növbə ərzində işçilərin fəaliyyətini əlaqələndirmək və tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək;
• İstehsalat sahəsində əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
• İstehsal olunan məhsulların keyfiyyətinə və müəyyən edilmiş standartlara uyğunluğuna nəzarət etmək;
• Xammal və materiallardan səmərəli istifadə olunmasını izləmək;
• İstehsalat avadanlıqlarının düzgün istismarına və iş prosesinin fasiləsizliyinə nəzarət etmək;
• İstehsalat zamanı yaranan problemlər və nasazlıqlar barədə aidiyyəti rəhbərliyə məlumat vermək;
• Növbə üzrə istehsalat göstəricilərini qeydə almaq və hesabatları hazırlamaq;
• Növbə təhvil-təslim prosesini həyata keçirmək;
• Əməyin mühafizəsi, sanitariya-gigiyena və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
Tələblər
• Orta ixtisas və ya ali təhsil;
• İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
• İstehsalat prosesinin təşkili və işçilərin fəaliyyətinin koordinasiyası bacarığı;
• Məsuliyyətli, diqqətli və operativ olmaq;
• Komandada işləmək və düzgün ünsiyyət qurmaq bacarığı;
• Hesabatların hazırlanması və ilkin sənədləşmə bacarığı;
• MS Office proqramlarından istifadə bacarığı arzuolunandır.
İş şəraiti:
• Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
• İş yeri: : Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə
• Əməkhaqqı: 1.000 AZN
• İş qrafiki: Növbəli iş rejimi
Müraciət qaydası
Mövzu hissəsində “İSTEHSALAT İŞLƏRİ ÜZRƏ NÖVBƏ NƏZARƏTÇİSİ” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.