Azertexnolayn MMC

İstehsalat müdiri (Dəqiq emal və Boya-Montaj)

Azertexnolayn
Ə/h razılaşma ilə
163
Tam iş günü
Sumqayıt, Azərbaycan
05/10/2026 - 19/10/2026

İş haqqında məlumat

  • Dəqiq emal, boya-montaj sahəsində olan bütün proseslərin düzgün şəkildə təşkil edilməsinə nəzarət etmək
  • Sahənin işini müştəri tələbinə uyğun beynəlxalq standartlar çərçivəsində təşkil etmək
  • Sahədəki bütün proseslərin axıcılığını təmin etmək, işlərin digər sahələrlə kordinasiyalı şəkildə təşkil etmək, prosesi optimallaşdırmaq, işin məhsuldarlığını artırmaq
  • İstehsalat prosesini texniki şərtnamə və standartların tələblərinə əsasən təşkil etmək
  • İstehsalatda texnoloji proseslərlə əlaqədar meydana çıxan problemlərin operativ həll edilməsi, istehsal proseslərinin optimallaşdırılmasının təmin edilməsinə nəzarət etmək
  • İşçi qüvvəsi, avadanlıq, xammal və materiallardan səmərəli istifadə göstəricisinin maksimum səviyyəyə çatdırmaq, istifadə edilən materialların keyfiyyətinə dair araşdırmalar aparmaq və tövsiyələr vermək
  • Dəqiq emal sahəsində mövcud olan dəzgahların ümumi texniki sazlığın təmin edilməsi, problemlərin öncədən aşkarlanaraq önləyici tədbirlərin həyata keçirilməsi
  • Sahəyə lazım olan mal-materialların təmin edilməsi üçün müvafiq işlər görmək.
  • Şöbənin iş təlimatları, prosedurları, iş sxemlərinin və formaların hazırlanmasında iştirak etmək. Formaların düzgün yazılmasına və saxlanılmasına nəzarət etmək, sənədləşmə işinin düzgün təşkilini təmin etmək
  • İstehsal hesabatlarının hazırlamaq, analiz etmək, rəhbərliyə təqdim etmək
  • Tabeçiliyində olan işçiləri koordinasiya etmək, düzgün iş bölgüsünü aparmaq
  • Zavod müdirinin göstəriş və tapşırıqlarını vaxtında və səmərəli şəkildə yerinə yetirmək

İş şəraiti

  • İş qrafiki: Həftənin 5 günü, 09:00-18:00
  • İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
  • Nahar və servis şirkət tərəfindən təmin olunur.

Tələblər

  • Təhsil: Ali (texniki təhsil)
    İxtisası: Mühəndis
  • Təcrübə: 5 il
  • Kompyuter biliyi: MS Office proqramları
  • Dil bilikləri: Azərbaycan, Rus, İngilis dilləri
  • Kompüter bilikləri: Solidworks, CNC proqramlar, MS Office proqramları
  • Sənaye maşınlarının ümumi mexaniki istismarı və məhsuldarlığı
  • CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları)
  • Boyama proseslərinin təşkilini
  • İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətləri və imlanları
  • Texniki rəsm oxumağı
  • CNC sistemlərini təmin etmək və ya standart proqramlaşdırma işlərini  
  • Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını