Bakı,
Azərbaycan
21/11/2025
-
21/12/2025
İş haqqında məlumat
- İstehsalat avadanlıqlarının avtomatlaşdırılmış idarəetmə sistemlərinə nəzarət və onların fasiləsiz işləməsini təmin etmək;
- PLC, SCADA və digər idarəetmə sistemlərinin diaqnostikası, sazlanması və kalibrovkası;
- Avtomatika üzrə texnoloji proseslərin optimallaşdırılması və təkmilləşdirilməsi;
- Avadanlıqlarda yaranan nasazlıqların aradan qaldırılması və profilaktik texniki xidmətin aparılması;
- Sensorların, aktuatorların, idarəetmə panellərinin, elektrik və avtomatika modullarının yoxlanması;
- Yeni istehsalat xətlərinin quraşdırılması, test edilməsi və istismara verilməsi prosesində iştirak;
- Texniki sənədlərin, hesabatların, sxemlərin hazırlanması və yenilənməsi.
Üstünlük Verilir:
- Frekans çeviriciləri və sənaye sensorları ilə işləmə təcrübəsi;
- ISO və istehsalat standartları üzrə biliklər;
- İstehsalat sahəsində avtomatlaşdırma üzrə layihə təcrübəsi.
Təklif Edilir:
- Rəsmi əmək müqaviləsi və sosial paket;
- Rəqabətqabiliyyətli əmək haqqı: 1450 Anz-dən başlayır, namizədin peşəkarlıq səviyyəsinə uyğun olaraq artandır.
- Naharla təminat (şirkətə uyğun olaraq əlavə edilə bilər);
- Karyera və peşəkar inkişaf imkanları;
- Müasir istehsalat avadanlıqları ilə işləmək imkanı.
Müraciət Qaydası:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “İstehsalat Mühəndisi (Avtomatika)” başlığı ilə göndərməyiniz xahiş olunur.
Tələblər
- Sumqayıt və ona yaxın ərazilərdə yaşaması;
- 35 yaşa qədər kişi və ya qadın olması;
- Avtomatika mühəndisliyi, elektrik-elektronika mühəndisliyi və ya mexatronika üzrə ali təhsil;
- Minimum 2 il iş təcrübəsi (sənaye, istehsalat və ya avadanlıqlar üzrə);
- Azərbaycan, ingilis və rus dillərini səlis bilməsi;
- PLC-lərlə işləmə bacarığı;
- SCADA/HMI sistemləri üzrə biliklər;
- Elektrik sxemlərini oxuma bacarığı, texniki sənədlərlə işləmək bacarığı;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmək və operativ qərar vermək bacarığı.