Bakı,
Azərbaycan
06/08/2026
-
20/08/2026
İş haqqında məlumat
Storm yüksək keyfiyyətli sement əsaslı quru qarışıqlar təqdim edən Norm brendidir. Storm Solutions zavodunda hal-hazırda AZS 039-2000 EN 12004 standartına uyğun C1TE kafel və keramika yapışdırıcısı və C2TE yüksək dayanıqlı xarici keramika və mərmər yapışdırıcısı istehsal olunur.
- SCADA və idarəetmə sistemləri vasitəsilə istehsal prosesini idarə etmək və monitorinq aparmaq
- Proses parametrlərini (temperatur, axın, dozaj və s.) məhsul keyfiyyətinə uyğun tənzimləmək
- Xammalın formula uyğun dozalanmasını və təhlükəsiz istifadəsini təmin etmək
- İstehsal partiya qeydlərini aparmaq və dəyişiklikləri dərhal bildirmək
- Avadanlıqların (nasoslar, mikserlər, dozaj sistemləri və s.) əsas texniki baxışını və xırda nasazlıqların aradan qaldırılmasını təmin etmək
- Zavodun işə salınması, dayandırılması və avadanlıqların təmizlənməsi proseslərində iştirak etmək
- SƏTƏM qaydalarına riayət etmək, FMV-dən istifadə etmək və təhlükəli halları SƏTƏM nümayəndəsinə bildirmək
- İş yerinin təmizliyini və tullantıların düzgün ayrılmasını təmin etmək
- Lazım gəldikdə növbəli və əlavə iş rejimində çalışmaq
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
- Orta ixtisas və ya ali təhsil (Kimya texnologiyası, Mexanika, Avtomatlaşdırma və ya əlaqəli sahə üzrə üstünlükdür)Kimyəvi və ya sənaye istehsal sahəsində minimum 2–3 il iş təcrübəsi
- Kimyəvi istehsal prosesləri və dozaj sistemləri üzrə baza biliklər
- SCADA və ya digər proses idarəetmə sistemləri ilə işləmə bacarığı
- Nasoslar, mikserlər, klapanlar və sənaye avadanlıqları haqqında anlayış
- Texniki sxem və təlimatları oxuma bacarığı
- Əsas mexaniki və elektrik nasazlıqlarını aşkar etmə bacarığı
- Kimyəvi və ya sənaye istehsal sahəsində minimum 1 il iş təcrübəsi (üstünlükdür)
Tələb Olunan Kompetensiyalar
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Keyfiyyət yönümlülük
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun