AzerFloat

İstehsalat operatoru (şüşə istehsalı)

AzerFloat
Ə/h razılaşma ilə
1245
Növbəli iş
Bakı, Azərbaycan
08/12/2025 - 15/12/2025

İş haqqında məlumat

İsti xətt üzrə:

  • Şüşə əritmə sobasında mövcud temperatur və təzyiq göstəricilərinə nəzarət etmək, müşahidə nəticələrinə əsasən xammal sərfiyyatı, temperatur və təzyiq üzrə məlumatların dövri qeydiyyatını aparmaq
  • Şüşə lentinin qalay vannasında hərəkətinə, eninə və qalınlığına nəzarət etmək
  • Əritmə vannası sexində gedən proseslər üzrə müşahidələr və qeydlər aparmaq
  • Əritmə vannasında və soyutma sobasında istifadə olunan avadanlıqlara yerində vizual baxışlar keçirmək
  • İstehsalat xəttində aşkar edilən defektli şüşələrin mövcud olma səbəbini araşdırmaq

Soyuq xətt üzrə:

  • Şüşə lentinin ölçülərə uyğun olaraq avtomatik kəsilməsini təmin etmək
  • Kəsim parametrlərini (ölçü, sürət, təzyiq və s.) avadanlıqda düzgün qurmaq və nəzarətdə saxlamaq
  • Kəsilmiş şüşələrin keyfiyyətinə (çıxıntı, çat, qırıq, ölçü uyğunsuzluğu və s.) vizual nəzarət aparmaq
  • Xətdə baş verən dayanma və nasazlıqlar barədə məsul şəxslərə operativ məlumat vermək
  • Kəsim sahəsində təhlükəsizlik normalarına və daxili qaydalara ciddi riayət etmək

İş şəraiti: 

  • İş qrafiki: növbəli;
  • İş saatı: 08:00 – 20:00;
  • Nahar pulu;
  • Servis;
  • Könüllü tibbi sığorta;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Tələblər

  • Orta ixtisas və ya ali texniki təhsil (kimya, mexanika, elektrotexnika, istehsalat və s.)
  • İstehsalatda minimum 3 il  iş təcrübəsi 
  • İstiyə dözümlülük və fiziki işdə işləmə bacarığı
  • Texniki düşünmə qabiliyyəti 
  • Məsuliyyətlilik və dəqiqlik
  • Komandada işləmək bacarığı

Mövzü yerinə “İstehsalat operatoru” yazıb  "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar