Amper Elektrik

İstehsalat Planlama və Koordinasiya Mütəxəssisi

Amper Elektrik
1200 ₼
676
Tam iş günü
Bakı, Azərbaycan
21/11/2025 - 21/12/2025

İş haqqında məlumat

  • İstehsal proqramının hazırlanması və resursların optimal bölüşdürülməsi;
  • Xammal və material ehtiyatlarının planlaşdırılması və təminatı;
  • İşçi qüvvəsinin planlanması və əməkdaşların performansının koordinasiyası;
  • İstehsal prosesinin mərhələlər üzrə cədvəllərinin tərtibi və tapşırıqların ardıcıllığının müəyyən olunması;
  • İzləmə və nəzarət sistemlərinin qurulması (monitorinq və KPI idarəetməsi);
  • Keyfiyyətə nəzarət, sınaq metodlarının tətbiqi və standartlara uyğunluğun təmin olunması;
  • İstehsalat risklərinin təhlili və qabaqlayıcı tədbirlərin görülməsi;
  • Günlük istehsalat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.

İş şəraiti:

  • Əmək haqqı: 1200 AZN + bonus sistemi;
  • 6 günlük iş rejimi;
  • Rəsmi əmək müqaviləsi;
  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Peşəkar və stabil iş mühiti.

Müraciət üçün:

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (mühəndislik, istehsalat, menecment və ya əlaqəli sahələr);
  • İstehsalat sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Planlama, resurs idarəetməsi və proses koordinasiyası üzrə biliklər;
  • KPI və monitorinq sistemləri barədə anlayış;
  • Analitik düşüncə və problemlərin operativ həlli bacarığı;
  • Excel və digər planlama alətləri ilə işləmə bacarığı;
  • Komanda ilə işləmə və koordinasiya qabiliyyəti.