Azera Holding

İstehsalat rəhbəri

Azera Holding
Ə/h razılaşma ilə
183
Tam iş günü
Bakı, Azərbaycan
27/08/2026 - 10/09/2026

İş haqqında məlumat

“Katan Tekstil” MMC peşəkar və nəticəyönümlü komanda üzvünü İstehsalat rəhbəri vəzifəsinə dəvət edir.

Əgər siz tekstil və yüngül sənaye sahəsində geniş təcrübəyə, istehsalat proseslərinin effektiv idarə olunması və böyük komandaları nəticə yönümlü şəkildə idarə etmək bacarığına sahibsinizsə, bu vakansiya sizin üçün uyğun fürsət ola bilər.
Vəzifə öhdəlikləri:

  • İstehsalat proseslərinin planlaşdırılması, təşkili və idarə edilməsi;
  • İstehsalat xəttinin balanslaşdırılması və iş bölgüsünün effektiv təşkili;
  • Xammal dövriyyəsinə və istehsal proseslərinin ardıcıllığına nəzarət;
  • Məhsul keyfiyyətinin təmin edilməsi və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi;
  • İstehsalat avadanlıqlarının dayanıqlığının və fasiləsiz işinin təmin olunmasına nəzarət;
  • İstehsalat xərclərinin optimallaşdırılması və səmərəliliyin artırılması;
  • Əmək təhlükəsizliyi və texniki qaydalara riayət olunmasının təmin edilməsi;
  • İstehsalat komandası ilə effektiv işin qurulması və nəticələrin monitorinqi.

Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.

Tələblər

  • Ali texniki təhsil;
  • Tekstil və ya yüngül sənaye istehsalat sahəsində minimum 5 il iş təcrübəsi;
  • İstehsalat rəhbəri, istehsalat rəisi, konveyer ustası, istehsalat üzrə menecer və ya oxşar vəzifədə minimum 3 il rəhbər iş təcrübəsi;
  • Konveyer əsaslı tikiş prosesi ilə işləyən müəssisədə birbaşa sahə təcrübəsi üstünlükdür;
  • Böyük istehsalat komandalarının idarə olunması və nəticə əsaslı fəaliyyətin təşkili bacarığı;
  • İstehsalatın planlaşdırılması və iş proseslərinin effektiv koordinasiyası;
  • Keyfiyyət standartlarına və istehsalat proseslərinə nəzarət;
  • Operativ qərarvermə, analitik düşüncə və güclü liderlik bacarığı.