hrin.az
Reklam

İstehsalat rəhbəri

AN Production

Əmək haqqı: 1800-2000 ₼

3823 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsKişi
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilTam orta
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vəzifə öhdəlikləri:
İstehsalat sifarişlərinin layihə və texniki çertyojlara uyğun icrasını təmin etmək.
Layihələr üzrə iş həcmini və icra müddətlərini müəyyənləşdirmək, işlərin mərhələlər üzrə planlaşdırılmasında iştirak etmək.
Konstruktor, usta, qaynaqçı, şkulkaçı və digər əməkdaşlar arasında iş bölgüsünü və iş vaxtının düzgün planlaşdırılmasını təmin etmək.
Hər bir layihə və iş mərhələsi üzrə nəzərdə tutulan vaxtlara nəzarət etmək, gecikmələrin qarşısını almaq və istehsalat qrafikinə uyğunluğu izləmək.
Paralel icra olunan layihələr üzrə əmək və resurs bölgüsünü koordinasiya etmək, prioritetləri müəyyənləşdirmək və istehsalatın fasiləsiz işini təmin etmək.
Xammal, material və avadanlıq ehtiyaclarını müəyyənləşdirmək, anbar ehtiyatlarına nəzarət etmək.
Hazır məhsulun keyfiyyətinə, ölçü dəqiqliyinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
İstehsalatın məhsuldarlığı və material sərfiyyatı üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Müvafiq sahədə 3-5 il təcrübə.
AutoCAD proqramında texniki çertyojları işləmək və yoxlamaq bacarığı.
İstehsalat proseslərinin vaxt üzrə planlaşdırılması, işçi resurslarının düzgün bölüşdürülməsi və icra müddətlərinə nəzarət.
Bir neçə layihənin eyni vaxtda idarə olunması
MS Excel proqramında cədvəllər, formulalar, material uçotu və hesabatlarla işləmək bacarığı.
İstehsalat avadanlıqları, materiallar və texnoloji proseslər haqqında biliklər.
Rəhbərlik, operativ qərarvermə, planlaşdırma və problem həll etmə bacarıqları.
Yüksək məsuliyyət, dəqiqlik və analitik düşüncə.
İş şəraiti:
Qrafik: 6\1
Ünvan: Kənd Əhmədli
Əmək haqqı: 1800-2000 AZN
QEYD: Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə tutulur. Sınaq müddətinin uğurla başa çatdırılmasından sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.
Reklam