Bakı,
Azərbaycan
09/01/2026
-
23/01/2026
İş haqqında məlumat
- Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq (reklam və buna bənzər fəaliyyətlər) istehsalat proseslərinin ümumi planlaşdırılması, təşkili və idarə edilməsi;
- İstehsalat qrafiklərinin hazırlanması, iş bölgüsünün aparılması və işlərin icrasına nəzarət;
- İstehsalat sahəsində çalışan ustaların və texniki heyətin idarə olunması və koordinasiyası;
- Material ehtiyaclarının müəyyən edilməsi və satınalma prosesi ilə əlaqələndirmə;
- Layihələrin texniki tapşırıqlara, keyfiyyət standartlarına və təhvil tarixlərinə uyğun icrasına nəzarət;
- İstehsalat zamanı yaranan texniki problemlərin operativ həlli;
- Montaj və demontaj işlərinin planlaşdırılması və sahədə icraya nəzarət;
- Təhlükəsizlik qaydalarına və istehsalat intizamına riayət olunmasına nəzarət;
- İstehsalat üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Dizayn, satış və prodakşn komandaları ilə sıx əməkdaşlıq.
Əlavə məlumat:
- Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
- İş saatları işin yükünə və işin prinsipinə əsasən uyğunlaşdırılır;
- Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.
Tələblər
- İstehsalat və ya prodakşn sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə;
- Reklam, sərgi stendləri, mebel və ya oxşar istehsalat sahələri üzrə bilik və təcrübə;
- İstehsalat planlaşdırılması və resursların effektiv idarə olunması bacarığı;
- Texniki çertyoj və layihə sənədlərini oxumaq və tətbiq etmək bacarığı;
- Güclü liderlik, təşkilatçılıq və qərarvermə bacarıqları
- Stressli və intensiv iş mühitində işləmə bacarığı
- Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür)
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.