Bakı,
Azərbaycan
15/10/2026
-
29/10/2026
İş haqqında məlumat
İş yeri: Bakı şəhəri / layihə ərazisi
Struktur bölmə: İstehsalat-Texniki Şöbə (PTO)
Vəzifə haqqında
- CORE CONSTRUCTION MMC tikinti layihələrinin texniki sənədləşdirilməsi, işlərin planlaşdırılması və icra prosesinə nəzarətin təmin edilməsi məqsədilə komandamıza İstehsalat-Texniki Şöbə Mühəndisi (PTO) vəzifəsi üzrə təcrübəli və məsuliyyətli əməkdaş axtarır.
Əsas vəzifə öhdəlikləri
- Tikinti layihələri üzrə işçi sənədlərin, texniki hesabatların və icra sənədlərinin hazırlanması;
- Layihə və işçi çertyojların təhlili, texniki tələblərə uyğunluğun yoxlanılması;
- İşlərin icra qrafiklərinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Yerinə yetirilmiş işlərin həcmlərinin hesablanması və yoxlanılması;
- Görülmüş işlərə dair aktların, arayışların və digər texniki sənədlərin hazırlanması;
- Tikinti sahəsindən daxil olan məlumatların təhlili və hesabatların hazırlanması;
- Layihə, smeta və faktiki icra göstəricilərinin müqayisə edilməsi;
- Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
- Tikinti işlərinin təsdiq olunmuş layihəyə, texniki normalara və standartlara uyğunluğuna nəzarətdə iştirak etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas);
- Tikinti sahəsində PTO mühəndisi vəzifəsi üzrə iş təcrübəsi;
- Tikinti layihələri və texniki sənədlərlə işləmək bacarığı;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- İş həcmlərinin hesablanması və texniki hesabatların hazırlanması üzrə biliklər;
- Tikinti norma və qaydaları haqqında məlumatlı olmaq;
- Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir;
- Peşəkar inkişaf və böyük tikinti layihələrində iştirak imkanı.