İş haqqında məlumat
“Camal” LTD şirkəti istehsalat sahələrində elektrik və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə elektromexanik vəzifəsinə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
• İstehsalat avadanlıqlarının, elektrik mühərriklərinin və mexaniki qurğuların texniki vəziyyətinə nəzarət etmək;
• Avadanlıqlarda yaranan elektrik və mexaniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
• İstehsalat xətlərinin, konveyerlərin, nasosların və digər texniki qurğuların təmirini həyata keçirmək;
• Elektrik mühərriklərinin, reduktorların və ötürücü mexanizmlərin texniki xidmətini təmin etmək;
• Avadanlıqların profilaktik baxışını və planlı təmir işlərini həyata keçirmək;
• İstehsalat prosesində avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
• Təmir zamanı istifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
• Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət etmək
Tələblər
• Elektromexanika, elektrik avadanlıqları və ya müvafiq texniki sahə üzrə biliklərə malik olmaq;
• İstehsalat avadanlıqlarının təmiri və texniki xidməti sahəsində iş təcrübəsi;
• Elektrik və mexaniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
• Elektrik mühərrikləri, reduktorlar, nasoslar və istehsalat mexanizmləri haqqında biliklərə malik olmaq;
• Texniki sxemləri oxumaq bacarığı arzuolunandır;
• Məsuliyyətli, diqqətli və operativ olmaq;
• Komandada işləmək bacarığı.
İş şəraiti:
• Şirkətİş yeri: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə
• Əməkhaqqı: 1.500 AZN
• Nahar şirkət tərəfindən qarşılanır.
Mövzu hissəsində “istehsalat üzrə elektromexanik” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.