Bakı,
Azərbaycan
14.08.2025 10:15
-
14.09.2025 12:00
İş haqqında məlumat
- İstehsal planlarının hazırlanması;
- İstehsal planına uyğun xammal və materialların tədarükü (sifariş) ilə bağlı planların hazırlanması;
- İstehsal planına uyğun növbəli iş rejiminin təşkili;
- Xammal və materialların qəbul edilməsi zamanı keyfiyyət və kəmiyyət göstəricilərinə nəzarət edilməsi və istehsala verilməsinin təşkil edilməsi;
- İstehsalda texniki xidmətin təşkili və icrasının idarə edilməsi;
- İstehsal və planlaşdırma ilə bağlı zavod əməliyyatlarına səmərəli nəzarətin təşkil edilməsi;
- İstehsaldan hazır məhsulun yüklənməsinə qədər istehsalın bütün sahələrində keyfiyyət və təhlükəsizlik standartlarının qorunması;
- Şirkət siyasətinə uyğun olaraq işçilərin işə götürülməsi, müvafiq təlimlərin təşkili, istiqamətləndirilməsi, məsləhətlərin verilməsi və məsuliyyətlərin bölgüsü;
- İstehsalatın ətraf mühitə zərərli təsirinin azaldılması;
- İstehsal avadanlıqlarının və kommunikasiya sistemlərinin işlək vəziyyətdə saxlanılması və təhlükəsiz istismarının təmin edilməsi;
- Ehtiyat hissələri, materiallar və enerji resurslarına edilən xərclərin azaldılması və ya optimallaşdırılması məqsədilə texniki xidmətin planlaşdırılması və icrasının təşkili;
- İş yerlərində əməyin mühafizəsi qaydalarını, tabeçiliyində olan personalın SƏTƏMM üzrə təlimatları, texniki təhlükəsizlik tələblərini bilməsi və yerinə yetirməsinin, onların pozulması hallarının olmamasının, istehsalat travmatizminin olmamasının təmin edilməsi;
- Qurğu və avadanlıqların iş prinsipini bilmək və düzgün qaydada istismar etmək;
- Texnoloji prosesin tələblərinə riayət etmək;
- İstehsal sahəsində və zavod ərazisində hər hansi bir qurğuda yaranmış nasazlıq barəsində rəhbərliyə məlumat vermək;
- Təsdiq olunmuş reseptura əsasində keyfiyyətli məhsulun istehsalı;
- Keyfiyyətə nəzarət məqsədilə laborator analizlərin aparılmasının təşkili və analizlərin nəticələrinə əsasən qabaqlayıcı tədbirlərin görülməsi;
- Qənaət və itkilərin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi;
- Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının, avadanlığın istismarına dair sənədlərin və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
- Avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
- İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
- Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsinə nəzarət;
- Sanitariya norma və qaydalarının yerinə yetirilməsi;
- Şirkətin avadanlığının, cihazlarının, alətlərinin, bina və tikililərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarına nəzarət;
- Daxili əmək intizamı qaydalarına riayət etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Tikinti Materialları sahəsində Ali Bakalavr (və ya Magistr) təhsili;
- Əlaqədar avadanlıqların idarə edilməsi ilə bağlı texniki biliklərin olması;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Əlaqəli sahə üzrə ən azı 1 il, ümumi 3 il iş təcrübəsi;
- MS Office komputer proqramı üzrə bacarıqlar.