SOCAR DOWNSTREAM MANAGEMENT LLC

İstehsalata dəstək üzrə böyük mühəndis

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
1886
Tam iş günü
Bakı, Azərbaycan
16/12/2025 - 23/12/2025

İş haqqında məlumat

  • Məsul olduğu sahədə əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının və gigiyenasının normalara uyğun saxlanmasını, mülki müdafiənin norma və qaydalarına, həmçinin müəssisədaxili intizam qaydalarına riayət olunmasını təşkil və təmin etmək;
  • Məsul olduğu istehsalatın baş verə biləcək qəza hallarının, bədbəxt və yanğın hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər təşkil edir, qəza vəziyyəti və xəsarətlərin səbəblərinin araşdırılmasında, qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edir;
  • Məsul olduğu istehsalatın istehsal-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil etmək, ümumiləşdirərək nöqsanları aşkar etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Zavod rəhbərliyi tərəfindən təsdiq edilmiş iş proqramları, istehsalat tapşırıqları əsasında istehsal olunan neft məhsullarının texniki keyfiyyətinin standartlara və texniki şərtlərə uyğun olmasını və mövcud tələblərə cavab verən neft, neft məhsullarının, istehsalat tullantılarının emalını və zərərsizləşdirilməsini,istehlak məhsulların hazırlanmasını təmin etmək;
  • İstehsal olunan köməkçi təyinatlı məhsulların və enerji daşıyıcılarının texniki keyfiyyətinin standartlara və texniki şərtlərə uyğun olmasını və ümümzavod təlabatına uyğun miqdarda istehsalını təmin etmək;
  • Sahələri texnoloji reqlamentlər, lazımi işçi təlimatları, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi təlimatları və sairə sənədlərlə təmin edir, onlara əməl olunmasına nəzarət edir.
  • İstehsalatın texniki hazırlığı, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, əmək məhsuldarlığının artırılması və istehsal güclərindən istifadə edilməsinin səmərəliliyinin yüksəldilməsinə dair təşkilati-texniki tədbirlər planının hazırlanmasında iştirak və təsdiq olunmuş tədbirlərin yerinə yetirilməsini təmin etmək;
  • Zavod rəhbərliyi tərəfindən təşkil edilən yoxlamalarda iştirak edib, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
  • Yeni texnika və texnologiyanın tətbiq edilməsi, istehsalat proseslərinin idarə edilməsinin avtomatlaşdırılması, kompüterləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçirmək;
  • Yanacağa, elektrik enerjisinə, materiallara qənaət edilməsini, avadanlıqların düzgün texniki istismarını təmin etmək;
  • Əsas fondların, mal - materialların və digər qiymətlilərin inventarlaşdırılması işində iştirak etmək;
  • Kadrların düzgün seçilib yerləşdirilməsinə, həmçinin ixtisaslarının və bilik səviyyələrinin vaxtlı-vaxtında müəyyən edilmiş qaydada yoxlanmasına və sənədləşdirilməsinə nəzarət etmək və artırılması üçün müvafiq tədbirlər görmək;
  • Neft, neft məhsulları, köməkçi məhsullar və enerji daşıyıcılarının itkilərinin azaldılması üçün tədbirlər görmək;
  • Yeni avadanlığın quraşdırılmasına, yoxlanmasına və istismara buraxılmasına rəhbərlik etmək;
  • Məsul olduğu zavodun əsas hədəf göstəricilərinə (KPI) nəzarət edir və həyata keçiriləcək optimallaşdırma işlərinə rəhbərlik etmək.

Tələblər

  • Kimya mühəndisliyi və ya Neft - qaz mühəndisliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 5-7 il iş təcrübəsi;
  • İngilis dili yaxşı səviyyə;
  • Qurğu və avadanlıqların istismara verilməsi və durdurulması ilə əlaqədar texniki təcrübə;
  • Texnoloji sxem, avadanlığın pasportu, Səbəb və Təsir Diaqramı kimi texniki sənəd məlumatların oxunması;
  • Fövqəladə vəziyyətdə təcili müdaxilə təcrübəsi;
  • Sadə mühəndislik hesablamaları bilikləri;
  • Zavod prosesləri biliyi;
  • Komanda şəklində işləmək.