İstehsalata dəstək üzrə mütəxəssis
SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
406
Tam iş günü
Bakı,
Azərbaycan
15/01/2026
-
29/01/2026
İş haqqında məlumat
- İşçilərin davamiyyətinin aylıq iş qrafikinə uyğunluğunun yoxlanılması və davamiyyətə nəzarətin təmin edilməsi.
- Gündəlik olaraq işçilərin işə çıxması, çıxmaması və gecikmələri barədə məlumatların toplanması, səbəblərin müəyyən olunması və rəhbərliyin operativ şəkildə məlumatlandırılması.
- Gündəlik kargüzarlıq işlərinin həyata keçirilməsi, daxil olan və göndərilən sənədlərin sistemli şəkildə idarə edilməsi.
- Opex/Capex büdcələrinin hazırlanması, onların prioritetləşdirilməsi və scrubbing proseslərinin əməliyyat tərəfdən koordinasiyalı şəkildə idarə olunması.
- İdarəetmə təqdimatlarının hazırlanması üçün müvafiq direktorluqlar və bölmələrlə effektiv əməkdaşlıq və koordinasiyanın təmin edilməsi.
- Struktur bölmə rəhbərinin tapşırıq və göstərişlərinin vaxtında, tam və keyfiyyətli şəkildə icra olunması.
- Sahənin iş bölgüsünə uyğun olaraq nəzərdə tutulan işlərin icrasının təşkili və yerinə yetirilməsinə nəzarət olunması.
- Uçot və hesabat xarakterli sənədləşdirmənin düzgün, dəqiq və vaxtında tərtib edilməsi.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizə qaydalarına tam riayət olunması və bu standartların iş prosesində tətbiqinin təmin edilməsi.
- SAP sistemində tələb olunan sənədlərin hazırlanması və rəsmiləşdirilməsi.
- Müxtəlif istiqamətlər üzrə siyahıların toplanması, sistemləşdirilməsi və məlumatların aktual saxlanılması.
- Materialların anbardan alınması, uçotunun aparılması və aidiyyəti üzrə düzgün sənədləşdirilməsinin təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil.
- 2–5 il müvafiq sahə üzrə iş təcrübəsi.
- SAP, ERP və digər uçot sistemlərində işləmə bacarığı.
- Excel üzrə yüksək səviyyədə bilik (formullar, Pivot cədvəllər, analitik hesabatlar).
- Büdcə planlaşdırılması, xərc nəzarəti və maliyyə analizləri üzrə biliklər.
- Vaxtın effektiv idarə edilməsi və işlərin prioritetləşdirilməsi bacarığı.
- Məlumatların dəqiq, düzgün və məsuliyyətli şəkildə işlənməsi bacarığı.
- Analitik düşüncə tərzi və detallara yüksək diqqətlilik.
- Məsuliyyətli, operativ və çevik iş üslubu.
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.