Sumqayıt,
Azərbaycan
08/04/2026
-
22/04/2026
İş haqqında məlumat
- İstehsal proseslərinin təhlili və optimallaşdırılması
- Proseslərin xəritələndirilməsi (Process Map, VSM)
- Darboğazların, itkilərin və səmərəsiz əməliyyatların müəyyən edilməsi
- Optimallaşdırma üzrə təkliflərin hazırlanması və icrasına nəzarət
- Mövcud SOP-ların təhlili və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
- SOP-ların istehsalatda tətbiqinə nəzarət
- KPI-ların müəyyən edilməsi və performans göstəricilərinin analizi
- Günlük, həftəlik və aylıq istehsal göstəricilərinin təhlili
- Dayanma səbəblərinin analiz edilməsi və hesabatların hazırlanması
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
İş şərtləri:
- İş rejimi: 5 gün 09:00 – 18:00
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Tələblər
- Ali təhsil (mühəndislik)
- İstehsalat və ya proses optimallaşdırılması sahəsində iş təcrübəsi üstünlükdür
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Analitik düşünmə və problem həll etmə bacarığı
- İngilis dili – yüksək səviyyədə (mütləq tələbdir)
- Komanda ilə işləmə və kommunikasiya bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.