Sumqayıt,
Azərbaycan
19/02/2026
-
05/03/2026
İş haqqında məlumat
- İsti xətt istehsal sahəsində xammalın qəbulunun texnoloji spesifikasiyalara uyğunluğuna nəzarət etmək;
- Xammalın tərkibi, nisbətləri və dozalanmasının təsdiqlənmiş reseptura və istehsal planına uyğun icrasını təmin etmək;
- Şıxta tərtibi prosesində istifadə olunan avadanlıqların düzgün və təhlükəsiz istismarına nəzarət etmək;
- Əritmə sobasında temperatur, təzyiq, yanma rejimi və enerji sərfiyyatının texnoloji limitlər çərçivəsində saxlanılmasını təmin etmək;
- Əritmə prosesində şüşə kütləsinin homogenliyinin təmin edilməsi və texnoloji kənarlaşmaların operativ aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər görmək;
- Qalay vannasında şüşə lentinin formalaşma prosesinə, qalınlıq stabilliyinə, səth keyfiyyətinə və temperatur rejiminə nəzarət etmək;
- Soyutma (lehr) zonasında temperatur profillərinin düzgünlüyünü, soyutma rejimlərinin texnoloji tələblərə uyğunluğunu izləmək;
- İsti xətt üzrə bütün əsas texnoloji parametrlərin (temperatur, sürət, qalınlıq, axın və s.) növbə ərzində davamlı monitorinqini aparmaq;
- Texnoloji göstəricilərdə baş verən kənarlaşmalar zamanı operativ qərarlar qəbul etmək və istehsal risklərinin qarşısını almaq;
- Avadanlıqlarda baş verən nasazlıqların ilkin diaqnostikasını aparmaq, texniki xidmət və təmir bölməsi ilə koordinasiyalı işləmək;
- İstehsalatda əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Növbə heyətinin (operatorlar, briqadirlər və s.) işinin təşkili, tapşırıqların düzgün və vaxtında icrasını təmin etmək;
- Növbə ərzində istehsal həcmi, keyfiyyət göstəriciləri, kənarlaşmalar, qəza halları və görülmüş tədbirlər üzrə ətraflı növbə hesabatlarının hazırlanması və təhvil verilməsi;
- Növbələrarası məlumat ötürülməsinin düzgün və tam aparılmasını təmin etmək;
- Keyfiyyətə nəzarət, istehsal planlama və texniki xidmət şöbələri ilə daimi əməkdaşlıq etmək;
- İstehsalın səmərəliliyinin artırılması və itkilərin azaldılması üzrə təkliflər vermək.
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki: növbəli;
- Sumqayıt və 20 Yanvar dairəsindən servis;
- Könüllü Tibbi sığorta;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən;
Tələblər
- Ali təhsil, Texniki sahə üzrə ali təhsil (mexanika, metallurgiya, kimya, energetika və ya oxşar sahələr)
- MS office proqramı üzrə biliklər
- Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;
- İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;
- MS Office;
- Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
- İstehsalat mühitində, xüsusilə isti proseslər üzrə iş təcrübəsi arzuolunandır;
- Texnoloji prosesləri oxuma və analiz etmə bacarığı;
Xüsusi bacarıqlar:
- Komandanı idarə etmək bacarığı;
- Effektiv ünsiyyət qurmaq bacarığı;
- Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;
- Operativ qərarvermə və məsuliyyətlilik;
- Problemləri həll etmə bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- Detallara diqqət yetirə bilmək bacarığı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.