Azerbaijan SuperMarket

İstismə, havalandırma və soyuducu (İHS) sistemləri üzrə Layihə Eksperti

Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
408
Tam iş günü
Bakı, Azərbaycan
20/11/2025 - 20/12/2025

İş haqqında məlumat

Vəzifənin məqsədi - Mağaza şəbəkəsi üzrə enerji qənaəti layihələrini hazırlamaq, həyata keçirmək və nəzarət etməklə soyutma və havalandırma sistemlərinin istismar xərclərini azaltmaq. Bu vəzifədə olan şəxs modernləşdirmə layihələrinin idarə olunmasına, texniki həllərin standartlaşdırılmasına, təchizatçılarla əməkdaş-lığa və qənaət hədəflərini dəstəkləyən texnolo-giyaların alınmasına cavabdehdir.

Enerji Qənaəti Layihələrinin İdarə Edilməsi:

  • İHS sistemlərində elektrik enerjisi sərfiyyatını azaltmaq üçün layihələrin hazırlanması;
  • Mağaza şəbəkəsi üzrə modernləşdirmə layihələrinin planlaşdırılması və əlaqələndirilməsi;
  • Layihələrin həcmini, cədvəlini və büdcəsini müəyyən etmək;
  • Layihələrin konsepsiyadan icraya qədər tam idarə olunması;
  • Eyni anda bir neçə layihənin idarə olunması;
  • Layihələrin gedişi və nəticələri barədə rəhbərliyə hesabat vermək;
  • Layihələrin investisiyadan gəlir (ROI) və geriödəmə müddətini hesablamaq.

Təchizatçılarla Əməkdaşlıq və Texniki Nəzarət:

  • İHS həlləri üçün texniki spesifikasiyaların hazırlanması;
  • Təchizatçı təkliflərinin qiymətləndirilməsində Təchizat şöbəsi ilə əməkdaşlıq;
  • Xarici şirkətlərin layihə inkişafına nəzarət;
  • Layihə sənədlərinin qənaət hədəflərinə uyğunluğunun yoxlanması;
  • Təchizatçılarla danışıqlarda texniki dəstək;
  • Əsas texnologiya təchizatçıları ilə münasibətlərin idarə olunması;

Test və İcra:

  • Yeni həllərin pilot sınaqlarının planlaşdırılması və əlaqələndirilməsi;
  • Tətbiq olunan həllərin effektivliyinin ölçülməsi və təhlili;
  • Mağazalarda tətbiqlərə nəzarət;
  • Gözlənilən enerji qənaətinin təsdiqi;
  • İcra zamanı texniki problemlərin həlli;
  • Mağaza personalının yeni sistemlər üzrə təlimi (lazım olduqda).

Təchizat Dəstəyi və Büdcələşdirmə:

  • İHS texnologiyalarının alınması prosesində Təchizat şöbəsi ilə əməkdaşlıq;
  • Layihə büdcələrinin və iqtisadi təhlillərin hazırlanması;
  • Daimi Xərclərinin analizi və həlli;
  • Texniki təkliflərin qiymətləndirilməsində texniki dəstək;
  • Satınalma qərarları üçün texniki tövsiyələr.

Standartlaşdırma və Optimallaşdırma:

  • Mağazalarda İHS sistemləri üçün texniki standartların hazırlanması;
  • Şəbəkə üzrə mövcud quraşdırmaların analizi və optimallaşdırılması;
  • Yeni obyektlər üçün dizayn qaydalarının hazırlanması;
  • Bazar təcrübələrinin və qabaqcıl həllərin müqayisəsi;
  • İcra nəticələrinə və texnologiyaların inkişafına əsasən standartların yenilənməsi;
  • Texniki biliklərin və əldə olunan təcrübənin sənədləşdirilməsi.

Analiz və Hesabatlılıq:

  • Mağazalarda enerji sərfiyyatının monitorinqi və təhlili;
  • Ən yüksək qənaət potensialı olan yerlərin müəyyən edilməsi;
  • Layihələrin iqtisadi təhlillərinin hazırlanması;
  • Enerji səmərəliliyi göstəricilərinin (KPI) hesabatı;
  • Layihə nəticələrinin rəhbərliyə təqdimatı.

İş şəraiti

  • Şirkətin baş ofisində ofis işi;
  • Mağazalara mütəmadi ziyarətlər (audit, icra nəzarəti);
  • Layihələrin tələblərinə uyğun çevik iş qrafiki;
  • Kompüterlə iş (məlumat analizi, sənədlərin hazırlanması);
  • Təchizatçılar və podratçılarla görüşlər (ofis, mağazalar, baş ofis);
  • Təchizat, Tikinti, Obyekt İdarəetməsi, Maliyyə şöbələri ilə əməkdaşlıq.

Tələblər

  • Ali texniki təhsil: enerji, avtomatlaşdırma, soyutma, tikinti quraşdırmaları və ya əlaqəli sahələr;
  • Soyutma və havalandırma sistemləri ilə işdə minimum 3–5 il təcrübə;
  • Texniki və ya modernləşdirmə layihələrinin həyata keçirilməsində təcrübə;
  • Soyutma və havalandırma sistemləri haqqında çox yaxşı bilik (aqreqatlar, çillerlər, istilik nasosları, DX sistemləri);
  • İHS sistemlərində enerji səmərəliliyi texnologiyaları haqqında bilik;
  • Layihə sənədlərini oxuma və yoxlama bacarığı;
  • Layihələrin iqtisadi analizinin (ROI, geriödəmə müddəti) aparılması bacarığı;
  • Enerji məlumatlarını təhlil etmək və qənaət potensialını müəyyən etmək bacarığı;
  • MS Excel, MS Project və oxşar alətlərlə işləmə bacarığı;
  • Təqdimatlar və hesabatlar hazırlamaq bacarığı;
  • Müstəqillik, təşəbbüskarlıq və qənaət həlləri tapmaqda proaktivlik;
  • Motivasiya və işləməyə həvəs.

Yümşaq vərdişlər

  • Güclü layihə idarəçiliyi və təşkilatçılıq bacarıqları;
  • Analitik düşüncə və strateji baxış;
  • Əla ünsiyyət və təqdimat bacarığı;
  • Təchizatçılarla danışıqlar aparmaq və münasibət qurmaq bacarığı;
  • Qətiyyət və razılaşmaların icrasını təmin etmə bacarığı;
  • Qənaət imkanlarını müəyyən etməkdə müstəqillik və təşəbbüskarlıq;
  • Nəticə və ROI yönümlülük;
  • Zaman təzyiqi və paralel layihələr altında işləmək bacarığı;
  • Biznes əsaslandırmalarını təqdim etmək və inandırmaq bacarığı;
  • Fərqli şöbələrlə (Satınalma, Maliyyə, Əməliyyat) əməkdaşlıq bacarığı.