Cyberpoint

IT arxitektor

Cyberpoint
Ə/h razılaşma ilə
855
Tam iş günü
Bakı, Azərbaycan
30.10.2025 03:00 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin biznes məqsədlərinə uyğun İT arxitektura strategiyasını hazırlamaq və həyata keçirmək;
  • İnfrastruktur, proqram təminatı, məlumat bazası, şəbəkə və təhlükəsizlik arxitekturalarının ümumi strukturunu müəyyənləşdirmək və inteqrasiyasını təmin etmək;
  • Yeni texnoloji həllərin (cloud, virtualization, containerization və s.) qiymətləndirilməsi və tətbiq planlarının hazırlanmasında iştirak etmək;
  • İT prosesləri və sistemlərində təkmilləşmə və innovasiya imkanlarını müəyyən etmək üçün sənaye tendensiyalarını və ən yaxşı təcrübələri izləmək;
  • Mövcud sistemlərin arxitekturasını təhlil etmək, zəif nöqtələri müəyyənləşdirmək və optimallaşdırma təklifləri vermək;
  • İT layihələrinin texniki tələblərini və arxitektura spesifikasiyalarını hazırlamaq, onların həyata keçirilməsinə nəzarət etmək;
  • Əməliyyat səmərəliliyini artırmaq və biznesin inkişafını dəstəkləmək məqsədilə yeni texnologiyaların, alətlərin və sistemlərin qiymətləndirilməsinə, seçiminə və tətbiqinə rəhbərlik etmək;
  • Arxitektura sənədlərini, diaqramları və texniki təsvirləri hazırlamaq və yeniləmək;
  • Layihələrin texniki risklərini qiymətləndirmək və onların azaldılması üçün tədbirlər planı hazırlamaq;
  • Rəhbərlik, şöbə müdirləri və xarici tədarükçülər (vendorlar) də daxil olmaqla əsas maraqlı tərəflərlə effektiv əlaqələr qurmaq və onların texnologiya ehtiyaclarını anlayaraq uyğun həllər təqdim etmək.

Əlavə məlumat:

  • İş rejimi: I-IV günlər, 09:00-18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Əməkhaqqı razılaşma yolu ilə
  • İş yeri: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 189 B.

Vakansiyaya müraciət etmək üçün namizədlərdən mövzu hissəsində “IT arxitektor” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Kompüter elmləri, informasiya texnologiyaları, kiber təhlükəsizlik və ya müvafiq sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlük hesab olunur);
  • İT infrastrukturu, sistem və şəbəkə inzibatçılığı, eləcə də İT arxitekturası sahəsində minimum 5 il peşəkar təcrübə;
  • Kompleks texnoloji mühitlərdə inteqrasiya, transformasiya və sistem dizaynı üzrə praktiki bacarıqlar;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədləri oxuma və tərtib etmə bacarığı (rus dili üstünlük hesab olunur).
  • ISO/IEC 38500 — İT və korporativ idarəetməsi;
  • ITIL v4 — xidmət idarəetməsi prinsipləri;
  • ISO/IEC 20000 — İT xidmətlərinin idarə edilməsi;
  • COBIT (xüsusilə APO11 prosesi) — İT idarəetmə və nəzarət çərçivəsi;
  • CMMI (Capability Maturity Model Integration) — proses yetkinliyi və təkmilləşdirmə metodologiyası;
  • ISO/IEC 27001:2022 — informasiya təhlükəsizliyinin idarə olunması sistemi;
  • SDLC (Software Development Life Cycle) — proqram təminatı inkişaf dövrü və idarəetmə prosesləri;
  • Yuxarıda qeyd olunan sahələr üzrə beynəlxalq səviyyədə tanınan sertifikatlara (məsələn, ITIL4, COBIT5/2019, ISO27001 LA, ISO20000, TOGAF və s.) sahib olmaq üstünlükdür;
  • ISO 27001:2022 və ISO 9001:2015 standartlarının tələbləri barədə bilik və tətbiq təcrübəsi;
  • IMS, QMS və ISMS siyasət və prosedurlarının qurulması, təkmilləşdirilməsi və auditi üzrə anlayış;
  • Müxtəlif İT infrastruktur komponentlərinin (serverlər, şəbəkələr, virtualizasiya, cloud mühitlər, storage sistemləri və s.) inteqrasiyası və idarə edilməsi üzrə geniş təcrübə;
  • Texnoloji həllərin memarlıq səviyyəsində dizaynı, optimallaşdırılması və sənədləşdirilməsi bacarığı;
  • Güclü analitik və strateji düşünmə qabiliyyəti;
  • Yüksək məsuliyyət hissi, qərarvermə və liderlik bacarığı;
  • Punktual, sistemli və nəticəyə yönəlmiş iş üslubu;
  • Yüksək kommunikasiya və komanda idarəetmə bacarıqları.


Oxşar vakansiyalar