Veysəloğlu Şirkətlər Qrupu

İT Biznes Analitik

Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
4238
Tam iş günü
Bakı, Azərbaycan
16/02/2026 - 02/03/2026

İş haqqında məlumat

  • Təhkim edilmiş layihələr və sistemlər üzrə biznes prosesləri müəyyən edir, tələbləri formalaşdırır və təhlilləri həyata keçirir.
  • Funksional testləri yerinə yetirir və istifadəçilərin qəbul test sınaqlarında (UAT) iştirak edir.
  • Yeni yaradılmış funksionallığın təlim sənədlərini hazırlayır və təlimləri keçirir.
  • Təhkim edilmiş layihələr və sistemlərin “SWOT” təhlilini (sistemin güclü və zəif tərəflərinin müəyyən edilməsi) aparır və nəticələrinə dair təkliflər hazırlayır.
  • Təhlil edilmiş layihələrin iş axınlarını hazırlayır.
  • Biznes bölmələri ilə proqramçı heyətin işini koordinasiya edir, biznes və texniki tələblərin kommunikasiyasını yerinə yetirir.
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür.

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
  • Təlim və sertifikat proqramlarına dəstək.
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Tələblər

  • Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə təhsil.
  • IT Biznes Analitik vəzifəsində ən azı 2+ il iş təcrübəsi.

Analitik bacarıqlar.

  • Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər arzuolunandır.
  • Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq.
  • SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə bilik arzuolunandır.
  • Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək.
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlükdür

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.