Bakı,
Azərbaycan
14/05/2026
-
28/05/2026
İş haqqında məlumat
- Biznes və texniki tərəfdaşlarla əməkdaşlıq edərək telekommunikasiya, sənəd idarəetməsi (DMS/EDMS) və oxşar iş axınları ilə idarə olunan məhsul və xidmətlər üçün tələbləri toplamaq və təhlil etmək
- Biznes tələblərini sənədləşdirmək, detallı spesifikasiyalar, istifadə halları (Use Cases) və user story-lər hazırlamaq
- Mövcud biznes proseslərini təhlil etmək və onların optimallaşdırılması üçün təkliflər vermək
- İnkişaf komandaları və layihə menecerləri ilə sıx əməkdaşlıq edərək tələblərin düzgün implementasiyasını təmin etmək
- Layihə sənədlərinin (BRD, SDD, test sənədləri və s.) düzgün, aktual və əlçatan saxlanmasını təmin etmək
- Test prosesində iştirak etmək, test ssenariləri hazırlamaq və nəticələri layihə komandalarına təqdim etmək
- Layihə dövrü ərzində tələblərin idarə olunmasında layihə menecerlərinə dəstək vermək
- Kritik problemlərin operativ həllində iştirak etmək və sürətli qərarvermə prosesində aktiv rol oynamaq
- BPMN (Business Process Model and Notation) və ya digər proses vizuallaşdırma alətləri ilə işləmə təcrübəsi (məsələn, Bizagi, Camunda, Signavio və s.)
- Biznes proseslərinin vizual modelləşdirilməsi və optimallaşdırılması üzrə praktiki təcrübə
Tələblər
- Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznes İdarəçiliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- İş təcrübəsi: IT Biznes Analitik və ya əlaqəli sahədə 1–3 il təcrübə (Agile / Scrum metodologiyaları üzrə bilik üstünlükdür)
- Dil bilikləri: Azərbaycan dilində anadil səviyyəsində, İngilis dili ilə isə orta səviyyəd (danışıq, oxu, yazı)
Texniki biliklər:
- IT sistemləri, proqram təminatı və texnologiya inkişafı üzrə ümumi anlayış
- Layihə idarəetmə alətləri ilə işləmə bacarığı (Microsoft Project, Jira, Confluence və s.)
- Biznes analitika və telekommunikasiya sistemləri üzrə bilik
- Verilənlər bazası anlayışı (SQL əsasları üstünlükdür)
- Proses modelləşdirmə və dizayn bacarıqları
- UML, Visio və ya oxşar alətlərlə işləmə təcrübəsi
- API test və inteqrasiya alətləri ilə tanışlıq (məsələn, Postman)
- BPMN (Business Process Model and Notation) və ya digər proses vizuallaşdırma alətləri ilə işləmə təcrübəsi (məsələn, Bizagi, Camunda, Signavio və s.)
- Biznes proseslərinin vizual modelləşdirilməsi və optimallaşdırılması üzrə praktiki təcrübə
Üstünlük kimi nəzərə alınacaq:
- CBAP, PSM, CAPM, PMI-ACP, PMP və ya oxşar sertifikatlar
- Dinamik IT mühitində işləmə bacarığı
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı
- Detallara diqqət və strukturlaşdırılmış yanaşma
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.