Bakı,
Azərbaycan
20.05.25
-
20.06.25
İş haqqında məlumat
- Texniki yardım müraciətlərinə elektron, telefon vasitəsilə və ya şəxsən cavab vermək;
- Texniki avadanlıq və proqram təminatı məsələlərini müəyyənləşdirmək və həll etmək;
- İstifadəçilərə texniki məsələlərlə bağlı məsləhət vermək;
- Video müşahidə, audio və giriş-çıxışa nəzarət sistemlərinin işlək vəziyyətdə saxlanılmasına texniki dəstək göstərmək;
- Standart prosedurlara uyğun olaraq məlumat xidmətlərini icra etmək və fəaliyyətləri qeydiyyata almaq;
- Məlumat xidmətlərinin proqram təminatını qismən idarə etmək;
- Problemləri düzgün mənbələrə və müvafiq şəxslərə yönəltmək, təcili diqqət tələb edən halları müəyyənləşdirmək;
- Təkrarlanan problemlər barədə rəhbərliyə məlumat vermək;
- Sistem məlumatları, dəyişikliklər və yeniliklər barədə daim məlumatlı olmaq
- Mağazalarda və ofislərdə şəbəkə, audio və analog kamera kabellərinin çəkilişini həyata keçirmək;
- Patch panellərin montajı, kommunikasiya şkaflarının və qutularının quraşdırılması və xidmət göstərilməsi;
- Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqları yoxlamaq və layihəçi ilə texniki təhlillər aparmaq;
- Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması məqsədilə sahə baxışlarını həyata keçirmək;
- Tamamlanmış layihələr üzrə yekun hesabatların hazırlanmasını təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Azərbaycan və İngilis dili biliyi;
- Təhlükəsizlik və video/audio sistemləri üzrə minimum 1 il iş təcrübəsi;
- IP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə texnologiyaları üzrə baza biliklər;
- Hikvision, Dahua, Vivotek kimi kamera sistemləri (IP və Analoq) üzrə biliklər;
- Patch Panel və Rack sistemlərinin yığılması;
- Access Point, Router və digər şəbəkə avadanlıqlarının quraşdırılması və tənzimlənməsi;
- VAST proqram təminatı üzrə baza biliklər;
- Komandada işləmək və ünsiyyət bacarığı;
- Tapşırıqları prioritetləşdirmək və eyni anda bir neçə işi idarə etmək bacarığı;
- İş proseslərini düzgün və sistemli şəkildə qurmaq bacarığı;
- PC, e-mail, internet və Microsoft Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) işləmə bacarığı;
- Pərakəndə satış sahəsində təcrübəsi olan, kassa və tərəzi ilə işləməyi bacaran namizədlərə üstünlük verilir.