İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

İT dəstək və xidmətlər sektoru, baş məsləhətçi

İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
Ə/h razılaşma ilə
224
Tam iş günü
Bakı, Azərbaycan
15/07/2026 - 29/07/2026

İş haqqında məlumat

  • Server və şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək;Windows Server mühitini, Active Directory, DNS, DHCP və Group Policy xidmətlərini idarə etmək;
  • İstifadəçi hesablarını, giriş səlahiyyətlərini və domen siyasətlərini idarə etmək;
  • Fiziki və virtual serverlərin gündəlik inzibatçılığını həyata keçirmək;
  • Switch, router, firewall və simsiz şəbəkə avadanlıqlarını quraşdırmaq, sazlamaq və idarə etmək;
  • LAN, WAN, VLAN və VPN şəbəkələrinin qurulmasını, monitorinqini və optimallaşdırılmasını təmin etmək;
  • Server, şəbəkə və digər kritik İT sistemlərinin monitorinqini həyata keçirmək;
  • Ehtiyat nüsxələmə (Backup) və məlumatların bərpası (Restore) proseslərini təşkil etmək və icra etmək
  • Server və işçi kompüterlərdə təhlükəsizlik yeniləmələrinin (Security Patch) vaxtında tətbiqini təmin etmək;
  • Antivirus və Endpoint Protection həllərinin idarə olunmasını həyata keçirmək;
  • İstifadəçi giriş hüquqlarını və sistem resurslarına çıxış səlahiyyətlərini idarə etmək;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aradan qaldırılmasında texniki səviyyədə iştirak etmək;
  • Yeni İT avadanlıqlarının və infrastruktur həllərinin tətbiqi, test edilməsi və istismara verilməsində iştirak etmək;
  • İT infrastrukturuna aid texniki sənədlərin, şəbəkə sxemlərinin və konfiqurasiya məlumatlarının aktuallığını təmin etmək.

Tələblər

  • Windows Server əməliyyat sistemləri;
  • Active Directory, DNS, DHCP və Group Policy;
  • Microsoft Windows əməliyyat sistemləri;
  • VMware, Hyper-V və ya digər virtualizasiya platformaları;
  • TCP/IP, LAN, WAN, VLAN və VPN texnologiyaları;
  • Fortinet, MikroTik və ya analoji şəbəkə avadanlıqları;
  • Firewall avadanlıqları və şəbəkə təhlükəsizliyinin əsas prinsipləri;
  • Backup və Restore həlləri;
  • Antivirus və Endpoint Protection sistemləri;
  • Videomüşahidə (CCTV) sistemləri ilə işləmə bacarığı;
  • Strukturlaşdırılmış kabel sistemləri ilə işləmə bacarığı;
  • IP telefonlar və digər periferiya avadanlıqları ilə işləmək bacarığı;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun