Bakı,
Azərbaycan
10/12/2025
-
17/12/2025
İş haqqında məlumat
- İstifadəçilərin proqram təminatı, avadanlıqlar (iş stansiyaları, printerlər, mobil qurğular) və şəbəkə ilə bağlı yaranan problemlərini qəbul etmək, sənədləşdirmək və həll etmək.
- Ticket (müraciət) sistemi vasitəsilə daxil olan sorğuları prioritetləşdirmək və qeyd olunmuş həll müddətlərinə (SLA) riayət etmək.
- Yeni işçilər üçün iş stansiyalarının (PC/Laptop) ilkin quraşdırılması, proqram təminatının yüklənməsi və istismara hazır vəziyyətə gətirilməsini təmin etmək.
- Active Directory daxilində istifadəçi hesablarının (yaratma, dəyişdirmə, şifrə sıfırlama) və e-poçt (Outlook) konfiqurasiyalarının idarə edilməsinə köməklik göstərmək.
- Antivirus proqramlarının iş stansiyalarında nəzarətini və yenilənməsini təmin etmək.
- Şəbəkə avadanlıqlarının (Wi-Fi, Switch) və telefon sistemlərinin sadə diaqnostikasını həyata keçirmək və lazım gəldikdə Sistem İnzibatçılarına ötürmək.
- IT avadanlıqlarının inventarlaşdırılmasında və izlənməsində iştirak etmək.
- İstifadəçilərə IT sistemləri ilə bağlı təlimat və məlumat dəstəyi vermək.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil: Ali (IT, Kompüter Elmləri və ya əlaqəli sahə arzuolunandır).
- Dil Bilikləri: Azərbaycan dili (Səlis), Rus dili (Yaxşı), İngilis dili (Texniki sənədləri oxumaq üçün arzuolunandır).
- İş Təcrübəsi: IT Help Desk/Dəstək sahəsində minimum 1-2 il iş təcrübəsi.
Texniki Biliklər:
- Windows 10/11 və MS Office paketinin (Word, Excel, Outlook) dərin bilikləri.
- Active Directory əsasları (istifadəçi/qrup idarəçiliyi).
- Əsas Şəbəkə anlayışları (TCP/IP, DNS, DHCP prinsipləri).
- Kompüter avadanlıqlarının (hardware) təmiri və diaqnostika bacarıqları.
Şəxsi Keyfiyyətlər:
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
- Problem həll etmə və stressə davamlılıq qabiliyyəti.
- Planlı və intizamlı işə yanaşma.
Müraciət üçün:
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İT Help Desk Mütəxəssisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.